İsrailin Qəzzaya hücumları bütün intensivliyi ilə davam edərkən, ABŞ və region ölkələri tez-tez görüşüb danışıqlar aparır.
Bizimyol.info xəbər verir ki, bu gün, müharibənin 29-cu günü İordaniyanın paytaxtı Əmmanda kritik toplantı keirilib.
Blinken, Fələstin Azadlıq Təşkilatının (FAT) İcraiyyə Komitəsinin baş katibi Hüseyn əl-Şeyx və İordaniya, Misir, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər nazirləri iclasda iştirak ediblər.
“Reuters”in məlumatına görə, amerikalı nazirin növbəti dayanacağı Türkiyə olacaq.
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Blinkenin 6 noyabr bazar ertəsi Ankaraya səfər edərək rəsmilərlə görüşəcəyini açıqlayıb.
ABŞ nazirinin gündəmində Qəzza və İsveçin NATO-ya qəbul prosesi olacaq.
Qadir, Bizimyol.info






