Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrail mediası Fahrettin Altunu hədəf aldı: "Dərhal dayandırılmalıdır"
İsrail mediası Fahrettin Altunu hədəf aldı: "Dərhal dayandırılmalıdır"

Türkiyə və Rabitə İdarəsinin İsrailə qarşı informasiya mübarizəsi İsrail mediasında böyük narahatlığa səbəb olub.

Bizimyol.info xəbər verir ki, Türkiyə mətbuatının verdiyi məlumata görə, Ronen Sahar tərəfindən yazılan və "Times of Israel" onlayn qəzetində yer alan məqalədə prezident Rəcəb Tayyib Ərdoğanın İsrailin Qəzzaya hücumlarına qarşı çıxdığı vurğulanıb.

Türkiyənin fələstinlilərin yanında olmaqla İsrailə qarşı ciddi kampaniya apardığı bildirilib.

Qəzza həqiqətlərini çatdıran TRT də hədəfə alınıb

“Ərdoğanı devirmək mümkün deyil, amma Fahrettin Altun və komandası dərhal dayandırılmalıdır”, - deyən sayt TRT-nin Qəzza faciəsini dünyaya çatdıran yayımlarını da hədəf alıb.

Türkiyə və Kommunikasiya İdarəsinin İsrailin dezinformasiyalarına qarşı mübarizəsi İsrail mediasında böyük narahatlığa səbəb olub. İsrail mərkəzli "Times of Israel" xəbər saytı prezident Rəcəb Tayyib Ərdoğanın İsrailin Qəzzaya hücumlarına qarşı olduğunu vurğulayıb.

“Türkiyə ciddi kampaniya aparır”

Qeyd olunub ki, Türkiyə bu müddət ərzində diplomatik əlaqələri davam etdirsə də, fələstinlilərin yanında olmaqla beynəlxalq müstəvidə İsrailə qarşı ciddi kampaniya aparıb.

“Times of Israel” də “prezident Ərdoğana ən yaxın adam” olduğunu vurğulayan Kommunikasiyalar Direktoru Fahrettin Altunu hədəf alıb.  Altunu “Türkiyənin ənənəvi və sosial mediada həyata keçirdiyi strategiyanın arxasında duran ad” kimi təqdim edib.

Sayt Altunun yaxşı təşkilatlanmış bir qurum olan Rabitə Müdirliyi vasitəsilə dünyaya “İsrail Qəzzada soyqırım törədir və sistemli şəkildə mülki əhalini qətlə yetirir” mesajını verdiyini yazıb.

“TRT və AA “İsrail ordusunun qırğın törətməsinə” diqqət çəkir”

“Times of Israel” qəzetindəki məqalədə TRT və Kommunikasiya Müdirliyinə bağlı Anadolu Agentliyinin türk, ingilis və ərəb yayımları ilə “İsrail ordusunun törətdiyi qətliam”a diqqət çəkdiyi bildirilib. Fələstinlilərin faciəsini milli və beynəlxalq ictimaiyyətə hər an anladan “TRT Haber”, “TRT Arabi” və “TRT World” verilişlərində yaşanan narahatçılıq da dilə gətirilib.

"Fahrettin Altun və komandası dayandırılmalıdır. Dərhal!"

“Times of Israel” yazıb ki, Fahrettin Altun strateji olaraq ingilis, türk və ərəb nəşrlərindən istifadə edərək sosial mediada Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi vasitəsilə İsrailə qarşı psixoloji əməliyyatlar keçirib.

"Times of Israel" qəzetindəki məqalənin sonunda “Ərdoğanı devirmək mümkün deyil, amma Fahrettin Altun və komandasına son qoyulmalıdır. Dərhal!" bəyanatlar daxil edilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »