Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zorlu Töre: “Türk əsrini qurmaq üçün Vətənimizlə birlikdə addımlayacağıq”
Zorlu Töre: “Türk əsrini qurmaq üçün Vətənimizlə birlikdə addımlayacağıq”

Şimali Kipr Türk Cumhuriyyəti prezidentinin müavini və Cümhuriyyət Məclisinin sədri Zorlu Töre türk əsrini qurmaq üçün Vətənlə birlikdə addımlamağa davam edəcəklərini vurğuladı.

Bizimyol.info xəbər verir ki, Töre 29 oktyabr Respublika Gününü Şimali Kipr Türk Cümhuriyyəti Məclisi və Kipr Türk xalqı adından ən səmimi duyğularla, 100 il əvvəl qurulan Türkiyə Cümhuriyyətinin möhkəm təməl üzərində qurulması, özülləri ilbəil inkişaf edəcək, irəliləyəcək və güclənəcəkdi ümidi ilə qeyd edildiyini bildirib.

Cümhuriyyət Məclisinin sədri: “Mustafa Kamal Atatürkün Cümhuriyyət tacını daşıyan müasir və güclü bir ölkə qurmaq üçün xalqı ilə birlikdə başladığı azadlıq və istiqlal mübarizəsinin 100-cü ildönümünü qürurla qeyd edirik. Ulu Öndər Atatürkün əzmkar və mübariz ruhu və Türk Millətinin Anadoluda göstərdiyi birlik, həmrəylik və qardaşlıq Kipr türklərinə, dünya xalqlarına hər zaman nümunə olub. Şimali Kipr Türk Cümhuriyyəti Məclisi və xalqımız adından ən səmimi hisslərimlə 29 Oktyabr Respublika Bayramını təbrik edirəm. Türk əsrini qurmaq üçün Vətənimizlə birlikdə addımlamağa davam edəcəyik”, - deyə o qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »