“Uzakrota Global” dünyanın ən böyük şirkətlərini səyahət sənayesinin ən parlaq ağılları və peşəkarları ilə birləşdirir. “Uzakrota Global” 24 noyabr 2023-cü il tarixində Hilton İstanbul Bosphorusda keçiriləcək. Tədbirdə Böyük Britaniya, MDB, Balkanlar, Avropa və Yaxın Şərqdən olan 10 min turizm mütəxəssisi və 150 məruzəçi iştirak edəcək.
Tədbirin rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, “Uzakrota Global” dünyanın ən böyük turizm tədbirlərindən biri hesab edilir. Uzakrota Səyahət Sammiti onlayn turizm agentlikləri, hava yolları şirkətləri, otellər, səyahət agentlikləri, səyahət texnologiyası startapları, qonaqpərvərlik investorları, vençur kapitalistləri, texnoloji şirkətlər və distribütor texnologiya şirkətləri bir araya gətirir.
Uzakrota Səyahət Sammiti ən böyük şirkətləri dünyanın ən parlaq zehinləri və səyahət sənayesinin peşəkarları ilə birləşdirir.
Qeyd edək ki, “Uzakrota Global”-ın sayca 21-ci tədbiri 24 noyabr tarixində 9.00-17:00 saatları arasında Hilton İstanbul Bosphorus otelində keçiriləcək.
Sektorun gələcəyi və sürətli dəyişiklik, yeni nəsil marketinq və ödəniş texnologiyaları, innovasiyalar və süni intellekt, 150 mütəxəssisin iştirak etdiyi iclaslarla turizm və səyahət sənayesində üfüqlər açması, həyəcanla gözlənilən sammitin mövzuları arasındadır. 10 ildir dünya səyahət sənayesinin oyunçularını bir araya gətirən "Uzakrota Global" noyabrın 24-də İstanbulda yeddinci dəfə bir araya gələcək. “10-dan biri” adına layiq görülən sammitə Böyük Britaniya, MDB, Balkanlar, Avropa və Yaxın Şərq daxil olmaqla 70 ölkədən 10 mindən çox turizm mütəxəssisinin qatılacağı gözlənilir. "Uzakrota Global"-ın seansları və öz sahəsində mütəxəssis olan 150 məruzəçi ilə sektorda yeni üfüqlər açağı gözlənilir.
Qeyd edək ki, “Uzakrota Global”-ın tədbirlərinin sayı 2022-ci ildən artırılıb. Belə ki, təkcə 2023-cü ildə Berlin, Dublin, Sarayevo, Belqrad və Bakıda təbirlər keçirilib. 2024-cü ildə isə, Özbəkistan, Bakı və Nyu-Yorkda sammit keçirilməsi planlaşdırılır.
Uzakrota Global-ın bu il diqqət yetirdiyi mövzular arasında səyahət sənayesinin davamlılığı, "futurizm" və sürətli dəyişiklik, süni intellekt və innovasiya, rəqəmsal marketinq və ödəniş texnologiyaları kimi anlayışlarla əlaqəsi və s. yer alacaq.
Qeyd edək ki, son iki il ərzində Bakıda keçirilən "Uzakrota Caucasus-2022" və "Uzakrota Baku-2023" sammitlərində olduğu kimi, Bizimyol.info xəbər portalı bu il İstanbul şəhərində keçiriləcək “Uzakrota Global-2023” tədbirinin də rəsmi media tərəfdaşıdır.
İradə Cəlil - Orxan Musabəyli, Bizimyol.info






