Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ŞKTC Bakı təmsilçisi Ufuk Turqaner: “Türkiyə ilə Azərbaycanın qardaşlığı Kipr türk xalqını sevindirir”
ŞKTC Bakı təmsilçisi Ufuk Turqaner: “Türkiyə ilə Azərbaycanın qardaşlığı Kipr türk xalqını sevindirir”

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Bakı təmsilçisi Ufuk Turqaner Türkiyə ilə Azərbaycanın qardaşlığı və yaxınlığının türk dünyasının ayrılmaz bir parçası olan Kipr türk xalqını sevindirdiyini bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə nümayəndəlikdən verilən məlumatda bildirilir.

Prezident Ersin Tatarın Azərbaycana səfərini xatırladan Turqaner bu səfər zamanı qardaşlığın nə olduğunu bir daha gördüklərini vurğulayıb.

Azərbaycanın paytaxtı Bakıda Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə konfrans keçirilib. Azərbaycan Türk Ocağının Atatürk Mərkəzində təşkil etdiyi konfransda ŞKTC-nin Bakı təmsilçisi Ufuk Turqaner də çıxış edib.

Turqaner Qarabağın işğaldan azad olunmasını sevinclə qarşıladıqlarını bildirib: “Kipr türk xalqı olaraq bu gün öz vətənimizdə şanlı bayrağımız altında azad və müstəqil yaşayırıqsa, bunu xalqımızın, torpaqlarımızın uğrunda canından keçən şəhidlərimizin mübariz müqavimətinə, hər zaman yanımızda olan vətənimiz Türkiyənin yardım və dəstəyinə borcluyuq. Türk əsgərləri bizim qırmızı xəttimizdir, Türkiyənin bütün məsələlərdə zamin olması bizim üçün əsas şərtdir”, - deyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »