Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnsanların əcdadlarının itirilmiş izləri tapıla bilər: Bildiklərimizi dəyişdirə biləcək tədqiqat
İnsanların əcdadlarının itirilmiş izləri tapıla bilər: Bildiklərimizi dəyişdirə biləcək tədqiqat

Alimlər min illər əvvəl nəsli kəsilmiş neandertalların qalıqlarını tədqiq edərkən müasir insanların izlərinə rast gəliblər. Bu, bəzi əvvəlki fərziyyələrin dəyişməsinə səbəb ola bilər.

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, biz də daxil olmaqla, homo sapiens adlanan müasir insanlar Avrasiya düzənliklərində ilk dəfə təxminən 70 min il əvvəl peyda olduğu halda, qədim dünyanın böyük bir hissəsi artıq neandertallarla dolu idi. Ortaq bir canlıdan törəyən bu iki növ 10 min il birlikdə yaşayıb. Sonra, alimlərin təxminlərinə görə, iqlim dəyişikliyi nəticəsində Neandertal irqi 40 min il əvvəl yox olublar.

Neandertal qalıqlarında itirilmiş insan irqinin izləri tapılıb

Neandertallar və homo sapiens bir müddət birlikdə yaşadılar və bu prosesdə iki irqin hibridləri, hazırda 8 milyada çatmış insanların əcdadları olan fərdlər ortaya çıxıb. Bu gün bir çox insanlar hələ də DNT-lərində Neandertal əcdadlarına aid genetik qalıqları saxlayırlar. Yeni araşdırmalar göstərir ki, neandertalların qalıqlarında müasir insanların izləri var.

Tədqiqatçıların fikrincə, müasir insanlar Son Pleistosen dövründə Avrasiyaya çatdıqda, orada yaşayan neandertallar artıq növümüzün DNT-sinin izlərini daşıyırdılar. Görünür, bu, müasir insanların əvvəllər naməlum, yəqin ki, daha yaşlı nəsli ilə qarşılaşmaları zamanı baş verib.

Tədqiqat müəlliflərinin fikrincə, bu, bəzi homo sapienslərin Avrasiyaya 250 min ildən çox əvvəl daxil olduğunu deməyə əsas verir. Fosil qeydlərinə görə müasir insanın təkamülünün təxminən 300 min il əvvəl Afrikada baş verdiyini nəzərə alsaq, bu itirilmiş nəsil çox qədim bir irq olaraq önə çıxır.

Pensilvaniya Universitetinin təkamülçü bioloqu Alexander Platt: "Biz bu genlərdə qədim müasir insanlardan Neandertallara qədər qədim melezləşmənin əksini tapdıq", - deyib. Plattə görə, bu növ Afrikadan 250 -270 min il əvvəl ayrılıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »