Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlət büdcəsi neft-qaz gəlirlərinə "ümid" bağlayır - Təlabat artsa da buğda istehsalı yerində sayır...
Dövlət büdcəsi neft-qaz gəlirlərinə "ümid" bağlayır - Təlabat artsa da buğda istehsalı yerində sayır...

Azərbaycan iqtisadiyyatının sabit trayektoriya cızmamasının əsas səbəbi istehsalın səviyyəsinin xeyli aşağı olmasıdır. Dövlət büdcəsi daha çox neft, qaz gəlirlərinə söykənir. Yeni istehsalı sahələri yaranmır. Ənənəvi istiqamətlərdə isə baş verənləri yerində saymaq adlandırmaq olar.

Bizimyol.info xəbər verir ki, son 20 ildə buğda istehsalı təxminən 12 faiz artıb. İstehlakın isə iki dəfəyə yaxın artdığı məlumdur. Kənd Təsərrüfatı Nazirliyi fəxrlə bildirir ki, ciddi inkişaf qeydə alınıb. Taxıl istehsalının təxminən 1,5 dəfə artması xüsusi qeyd olunur. Halbuki buğda ilə bağlı vəziyyət heç də yaxşı deyil. Əyər-əskiyi daha çox arpa istehsalının çox artması ört-basdır edir. Arpada 3 dəfədən çox, qarğıdalıda isə 2 dəfəyə yaxın artım olub. Amma un, çörək tələbatının ödənməsi üçün buğdanın rolu vacibdir.

Ölkədə il ərzində 3,9 milyon ton taxıl istehlak edilir. Unun hazırlanmasına xidmət edən istehsal isə heç 1,9 milyon tona çatmır. Yerdə qalan hissəni idxal hesabına aradan qaldırmağa çalışırıq. İstehsalın aşağı olması unun qiymətinə təsirsiz ötüşmür. Qiymətlərin yenə artdığı məlumdur. Bir un kisəsinin qiymətində 1 manata yaxın artım qeydə alınıb.

Kənd Təsərrüfatı Nazirlyinin şöbə müdiri İmran Cümşüdov mətbuata açıqlamasında deyib ki, taxılçılıqda istehsal və məhsuldarlıq göstəricilərinin artımı müasir texnologiyaların bu sahəyə tətbiq olunmasından irəli gəlir. Guya beynəlxalq təcrübəyə əsaslanan müasir suvarma üsullarının, o cümlədən pivot suvarma sistemlərinin tətbiq edildiyi təqribən 50 min hektardan çox iri taxılçılıq sahələrinin suvarılmasında effektiv nəticələr əldə edilib. Bu yerdə sual oluna bilər ki, hanı? Doğrudur, toxum səpən texnikanın, o cümlədən kombaynların sayı artıb. Məhz, aqrar sənayenin müasir tələblər ilə ayaqlaşmaması özünü göstərir. İstehsal çox az artır. Son nəticədə yenə idxalın ümidinə qalırıq.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »