BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının rəsmi nümayəndəsi Elizabet Trossell Vardanyanın həbsinə reaksiya verib. O, qeyd edib ki, səlahiyyətli şəxsləri beynəlxalq insan hüquqları qanununun tələb etdiyi kimi lazımi proses və ədalətli məhkəmə hüquqlarına hörmət edilməsini təmin etmək üçün bütün tədbirləri görməyə çağırırıq. “Ruben Vardanyanın və hər hansı digər məhbusun hüquqlarına tam hörmət və müdafiə olunması mütləqdir”, - deyə o bildirib.
Öncə onu qeyd edək ki, BMT Xocalı, meşəli, Malıbəyli, Başkeçid və s. bu kimi ermənilər tərəfindən Azərbaycanlılara qarşı törədilən soyqırımlar zamanı belə təcili reaksiyalar verməmişdi.
İkinici olaraq vurğulamaq lazımdır ki, BMT-nin Qarabağla bağlı hələ 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrə Ermənistan məhəl qoymamışdı. Bu qətnamələr Azərbaycan prezidenti İlham Əliyevin siyasi iradəsi gücünə və qan bahasına həyata keçirildi. Yəni demək istədiyim odur ki, BMT-ni o qədər ciddi bir təşkilat kimi Ermənistan belə qəbul etmədiyi halda, biz niyə edək ki?
Məhəmməd ƏsədullazadəPolitoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ruben Vardanyanın Azərbaycan tərəfindən həbsi Azərbaycanın daxili işidir və BMT-nin bu məsələyə qarışması, insan hüquqlarından danışması absurdur. O, bildirib ki, Ruben Vardanyan BMT üçün önəmli bir şəxs deyil. Ruben Vardanyan suveren bir dövlətin ərazisinə qanunsuz daxil olaraq, terorizmi maliyyələşdirib, dövlətin təhlükəsizliyini təhdid edən hərəkətlərə yol vermə və çirkli pulların yuyulması hallarına yol verib. Belə bir şəxsin hüquqlarının qorunması üçün BMT müraciət ünvanlanması ondan xəbər verir ki, BMT özünün də artıq bu istiqamətdə islahatlara ehtiyacı var. Çünki BMT terrorizmi, qanunsuz silahlı birləşmələri maliyyələşdirən şəxsin hüquqlarının qorunması istiqamətində bəyanatlar verə bilməz. Bu məsələ Azərbaycan qanunları çərçivəsində həll olunur. Və Azərbaycan hər hansı bir qanuna zidd hərəkət etməyib.
Məhəmməd Əsədullazadə“Biz Ruben Vardanyanın da beynəlxalq mediaya - BBC-də, Qərbin aparıcı media qurumlarında verdiyi açıqlamalara fikir vermişik. O, dəfələrlə Azərbaycanın suverenliyinə, təhlükəsizliyinə təhdid fikirlər səsləndirib. Yəni bu kimi terrorçu mövqeyi ortaya qoyan bir şəxsi müdafiə etmək BMT-nin fəaliyyətinə kölgə salır”-deyə politoloq vurğulayıb.
İradə Cəlil, Bizimyol.info






