Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident: "Azərbaycan Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini təmin edəcək"
Prezident: "Azərbaycan Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini təmin edəcək"

Azərbaycan Qarabağın erməni əhalisinin hüquqlarını və təhlükəsizliyini təmin edəcək, eləcə də artıq onlara reinteqrasiya ilə bağlı öz baxışını təqdim edib.

Bizimyol.info xəbər verir ki, bunu Prezident İlham Əliyev cümə günü Zəngilan şəhərində açılan ikinci Milli Şəhərsalma Forumunda çıxış edən deyib.

“Biz rəsmi şəkildə bəyan edirik ki, Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi qorunacaq. Biz artıq Qarabağın erməni icmasına onların dini, təhsil, mədəni, bələdiyyə və Azərbaycanın öz Konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq imzaladığı beynəlxalq konvensiyalarda əks olunmuş bütün digər hüquqlarına hörməti əhatə edən reinteqrasiya baxışımızı təqdim etmişik”, - deyə Azərbaycan prezidenti bildirib.

Dövlət başçısı həm də bu gün Azərbaycana qarşı qəbuledilməz planları olan tərəflərə də mesaj verib: “Bizim səbrimizlə oynamasınlar. Biz səbirliyik, ancaq qətiyyətliyik. Biz haqlı olduğumuzu sübut edə bilirik və edirik. Ona görə yox ki, bizim gücümüz var, çünki haqq-ədalət bizim tərəfimizdədir”, - deyə İlham Əliyev qeyd edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »