İnsanlar müxtəlif olsa da, hamısı 12 bürcün altında toplanıb. Və biri ilə tanış olduğumuz zaman mütləq onun bürcü ilə maraqlanırıq. Onunla “uyumluyuqmu?” deyə düşünürük…
Bizimyol.info xəbər portalı “Bürclərin uyğunluğu” silsilə yazıları çərçivəsində, Xərçəng bürcünün digər bürclərlə uyğunluq dərəcəsini əks etdirən məqaləni oxucuların diqqətinə çatdırır.
Həyatda sakit bir sığınacaq olan Xərçəng bürcü, mürəkkəb duyğulara qapıldıqda tanınması çətin olan insanlara çevrilirlər. Onların sevgi dolu, şəfqətli və ehtiraslı təbiəti ilə onları tanımaq hər zaman mümkün olmaya bilər.
Xərçənglər inciməkdən çox qorxurlar. Ürəklərinin qapılarını partnyorlarına açmaqda çətinlik çəkirlər.
Keçmişdən asanlıqla ayrılmadıqları üçün həyatlarında xatirələr böyük yer tutur və heç kimə keçmişləri haqqında pis söz deməyə imkan vermirlər.
Dünyaya göz açdıqları andan etibarən, keçmişlərindən asılı olaraq yaşayırlar. Anaları onların həyatında çox önəmlidir. Onların emosiyaları və intuisiyaları çox güclüdür.
İdeal partnyorlarını gördükləri anda onlara bağlanırlar.
Xərçənglər aldatmağa və aldanmağa nifrət edirlər. Bunu heç vaxt bağışlamırlar.
Xərçəng bürcünün nümayəndələri təhlükəsiz münasibətləri sevirlər. Sevgidə məntiqlə deyil, duyğularla hərəkət edirlər.
Daim ayrılıq qorxusu ilə yaşayırlar. Çox vaxt hisslərini ifadə etməyi sevmirlər.
Güvəndikləri insanlardan aldıqları dəstək çox önəmlidir.
Xərçəng və Qoç bürc uyğunluğu
Başlanğıcda alovlu və həyəcanlı sözləri ilə birdən-birə sizi valeh edəcək.
Qoç da sizin kimi isti və emosionaldır. Ancaq bu vəziyyətə aldanmamalı və nəzarəti itirməməlisiniz. Çünki onun həyata baxışı sizinkindən qat-qat üstündür.
Başlanğıcda Qoç bürcü insanları sizi qısqanacaq və etdiyiniz hər şeyi məhdudlaşdırmağa çalışacaqlar. Hisslərinizə əmin ola bilərsiniz. Amma sonra sizdən uzaqlaşacaq və hər cür bəhanələr uyduracaq. Sizi incitmək istəmirlər, amma hissləri azaldığından sevgilərini sorğulayacaqlar. Enerjili təbiətinin sizin durğun vəziyyətinizə uyğun gəlməyəcəyini düşünərək, bu əlaqəni bitirmək üçün öz daxilində qərar verəcəklər.
Xərçəng və Buğa bürc uyğunluğu
Buğa bürcünün tam olaraq axtardığınız insan olduğunu söyləyə bilərik. Onun da ürəyi sənin kimi sevgi ilə doludur.
Buğa bürcü həm də gözəl ev və ailə sahibi olmaq istəyir. Uşaqları sevir. Həyatında maddi təminat gözləyir.
Təbii ki, Buğa sizin qədər romantik deyil. O, gözlədiyiniz xoş sözləri deməyə bilər. Onun marağı daha konkret mövzulara əsaslanır və o, xoş sözlər söyləməkdə bacarıqlı deyil. Eşitmək istədiyiniz şeydə inadkar və israrlı ola bilərsiniz. Sonra aranızda bəzi arzuolunmaz mübahisələr yarana bilər.
Buğa bürcünü istədiyiniz qədər sevə bilərsiniz. Buğa bürcü nə etməsi lazım olduğunu heç vaxt sizdən eşitməməlidir, reaksiyası sizə zərər verə bilər.
Bu münasibət uzunmüddətli və ömürlük əlaqələrdən biri olacaq.
Xərçəng və Əkizlər bürc uyğunluğu
Bir-birinizi əvvəlcə cazibədar görəcəyinizə əminsiniz. Əkizlər bürcü nitqi ilə diqqət çəkən biridir. Gözlədiyiniz gözəl cümlələri dərhal sizə təqdim edəcək və məntiqli çıxışları ilə ağlınızı başından alacaq. O, sizi bəyənəcək və sizinlə birlikdə olmaq istəyəcək. Ancaq Xərçəng olaraq sevgidə inadkar xasiyyətinizi göstərsəniz, tez qırılacaqsınız.
Bununla yanaşı, Əkizlər mehriban və mülayim insandır. Onun yeganə günahı çıxışlarının rasional və məntiqli olmasıdır. O, gözlədiyiniz və istədiyiniz şərhləri verə bilməyə bilər.
Üstəlik, Əkizlər sevgini çox tez "yeyən" bir təbiətə sahibdir. Əgər sizdə görmək istədiyi maraqlı şeylərin bitdiyini hiss etsə, uzaqlaşmaq istəyəcək. Onu gözyaşları və emosional söhbətlərlə geri qaytarmaq demək olar ki, mümkün deyil.
Xərçəng və Xərçəng bürc uyğunluğu
Burada bir-birini başa düşən eyni tipli iki insan var. Üstəlik, bir-birinizə elə yaxınsınız ki, bunun ilk baxışdan sevgi olmağına ehtiyac hiss edirsiniz.
Sevgi, ev və maliyyə təhlükəsizliyi hər ikinizdə boldur. Bu münasibətin tamamilə xoşbəxt nəticəsi var. Ömürlük sevginin sizi gözlədiyini bilmək hər ikiniz üçün də rahatlıq təşkil edir.
Eyni zamanda hər iki tərəfin eyni xüsusiyyətlərə malik olması mənfi cəhətlərin də eyni olacağından xəbər verir. İnadkar və pessimist günlərinizdə bir-birinizi başa düşməli, qarşılıqlı mübahisələrdən çəkinməlisiniz.
Hər mənada nağıllara oxşayan uzunmüddətli münasibətiniz olacaq. Uşaqları sevən bir ana və ata kimi də nümunə olacaqsınız.
Xərçəng və Şir bürc uyğunluğu
İlk baxışdan Şir bürcünün diqqətini çəkə bilərsiniz. Çünki Şir diqqətdən və sevgidən zövq alan bir bürc nümayəndəsidir və sizdə də bu xüsusiyyət bolluq təşkil edir.
Şir bürcü insanı ilk baxışdan sizə çox cəlbedici görünəcək. Ancaq sonradan daha çox emosional tərəfləriniz üzə çıxacaq və məhdudluğu sevməyən Şir bürcü ilə yaşamaq sizin üçün çətinləşəcək.
Şir bürcü hesabatlı olmağı sevmir və həmişə birlikdə olmaq istədiyi dost çevrəsi var.
Əgər Şir bürcünə aşiqsinizsə, bütün bunlara dözməyə dəyən bir münasibət ortaya çıxacaq. Çünki keyfiyyətli insan olan Şir hər zaman sizə dəyər verəcək, qayğınıza qalacaq və sizə hörmətlə yanaşacaq. Belə gözəl bir münasibət hər şeyə dəyər olacaq.
Hər ikiniz inadkarlıq hisslərindən uzaq durmalısınız.
Xərçəng və Qız bürc uyğunluğu
Qız bürcü ilə anlaşmağınız çox səy tələb edir. Qız bürcü sizin qədər emosional və romantik deyil.
Qız bürcü fikirlərini açıq ifadə etməkdən çəkinmir. Bu səbəbdən sizi incidəcəyini belə düşünmür.
Üstəlik, Qız bürcündən dünyaya gələnlər dinləməkdənsə, danışmağı sevən insanlardır. Daim öz fikirlərini söyləyir və həyatı detallar üzərində qurulur. Onların hissləri sizinki qədər dərin deyil.
Yalnızlığı sevmədiyi üçün həmişə yanında dostlarının olmasını istəyir. Onunla təklikdə emosional söhbətlər etmək mümkün deyil.
Yalnızlığı sevməyən, lakin keyfiyyət və zövqlərə diqqət yetirən bu xüsusi insanla birə yaşamaq üçün mütləq bir yol tapacaqsınız. Bir-birinizə qarşılıqlı hörmət etməyi bacarsanız, ömür boyu davam edəcək bir əlaqə qura bilərsiniz.
Xərçəng və Tərəzi bürc uyğunluğu
Tərəzi bürcündən olan insanı ilk baxışdan bəyənə bilərsiniz. O, sevgiyə önəm verən mehriban, cazibədar, zərif, xoş, cəlbedici tipdir.
Tərəzi emosional və romantik olsa da, o, heç vaxt irrasional heç nə etməyəcək. O, həmişə avtomatik idarəetmə sisteminin gücünü göstərir.
Tərəzi bürcü sizin kimi evin qayğısına qalır. Bununla yanaşı, Tərəzi içində "sosiallıq" olmayan bir həyatı təsəvvür edə bilməz. Sevgiyə dəyər versə də, dostlarını görəcək və bir yerdə qalacaq. O, sizə nə qədər vaxt ayırırsa, o qədər də onlara vaxt ayıracaq. Tərəzilər hörmətli münasibətlərdən zövq alırlar.
Tərəzilər kobudluğa nifrət edirlər. Onlar da ən az sizin qədər həssasdırlar.
İllər keçdikcə paylaşımlarınız artacaq və bir-birinizin parçası olacaqsınız.
Xərçəng və Əqrəb bürc uyğunluğu
İki duyğulu, həssas, alovlu, qısqanc və şübhəli insan bir araya gəlsə, nə ola bilməz ki... Bu iki bürc arasındakı münasibət, fırtınalı havadan sonra sakit dənizi xatırladan fərqli cizgili münasibətdir.
Əqrəb maddəni qiymətləndirir və onun kimi qənaətcil olduğunuz üçün sizi qiymətləndirəcək. Birlikdə qənaət etməyə əhəmiyyət verdiyiniz üçün qocalığınızı təhlükəsiz keçirəcəksiniz. Ancaq Əqrəbin şübhəli və sahib çıxması hər mövzuda özünü göstərə bilər.
İnadkar və həssas tərəfləriniz üzündən zamanla münasibətlərinizdə münaqişələr yaranacaq. Onun gərgin duyğuları sizin münasibətinizi həmişə canlı tutacaq. Zamanla birlikdə çox şeyin öhdəsindən gələcək və yetkinləşəcəksiniz. Bu sevgi hər şeyə dəyər...
Xərçəng və Oxatan bürc uyğunluğu
Oxatan bürcündən xoşunuz gələ bilər. Onun liberal və müstəqil təbiəti diqqətinizi cəlb edəcəkdir. Ola bilsin ki, Oxatan sizin olmaq istədiyiniz xüsusiyyətlərə malikdir, lakin heç vaxt sahib olmaq cəsarəti yoxdur.
Oxatan bürcü marjinal, qeyri-ciddi, ağıllı, praktikdir və ən əsası hamıdan fərqli bir atmosferə malikdir. Onun sizinlə uyğunlaşa biləcəyi çox nöqtə yoxdur. Hətta onun emosionallığı da qeyri-adidir. Oxatan duyğularınızda yaşadığınız dərinliklərə biganə qala bilər.
Gündəlik şəxsiyyəti ilə Oxatan sizinlə çox yaxşı dost ola bilər. Əgər siz inadla bu münasibəti davam etdirmək niyyətindəsinizsə, bir gün sizin həyatınızdan ayrılmaq istəyəcək. Gedərkən sizə xəbər verməyəcək və göz yaşlarına dözə bilmədiyi üçün susmağa üstünlük verəcək. Oxatanı ömür boyu heç vaxt unutmayacaq və bir az qəzəblə, bir az da gülüşlə xatırlayacaqsınız.
Xərçəng və Oğlaq bürc uyğunluğu
Oğlaq sizin əks əlamətinizdir. İkiniz də bir-birinizin digər yarısına sahibsiniz. O da sizin kimi inadkar və şübhəlidir.
Oğlaq sizin haqqınızda düşündüyü hər şeyi gizlədəcək və daim sizi sınamaq istəyəcək. O, sizin kimi emosional deyil. Amma ruhunuzdakı fırtınaları hiss etməyi yaxşı bacarır.
Oğlaqın sözləri bəzən "qəddar" və tənqidi ola bilər. Çünki onun daxilində hər şeyə inamsızlıq var.
Oğlaq vərdişləri sevir və sizin vərdişlərinizə də reaksiya verə bilər.
Səbirli və qayğıkeş cəhətləriniz onu razı salacaq. Bir-birinizi tanıdıqdan sonra mükəmməl bir əlaqə olacaq. Zamanla onun dostu və sevgilisi, bir sözlə hər şey ola bilərsiniz. Bu, heç vaxt bitməyəcək bir əlaqədir.
Qeyri-adi bir problem üzündən ayrılıq varsa, bir-birinizi ömür boyu unutmayacaqsınız.
Xərçəng və Dolça bürc uyğunluğu
Dolça ilə anlaşmaq son dərəcə çətin və qeyri-mümkündür. Dolça bürcündə tamamilə fərqli bir atmosfer var. Fərqli və maraqlı dostları ilə xoşbəxtdir. Onu məhdudlaşdırmaq və olmaz.
Dolça emosionaldır, amma sizi aldatmır və nə düşündüyünüzlə də maraqlanmır. Ona incidici və istehzalı sözlər deməyinizə dözə bilməz. Onu sıxıb daimi mübahisələr yaratsanız, sizdən uzaqlaşmaq fürsətini yaxalayacaq. Davamlı bəhanələr gətirərək bir araya gəlməkdən yayınacaq.
Əgər belə bir insanı yanınızda saxlamaq istəyirsinizsə, onun maraqlandığı məsələlərdə diqqətli və məlumatlı olmalısınız. Unutmayın, birlikdə olmağın yeganə yolu zəkadan keçir. İstəsəniz, uğurlu bir əlaqə olacaq.
Xərçəng və Balıqlar bürc uyğunluğu
Budur, qarşınızda uyğun bir cüt dayanır. İki həssas insan bir araya gəldikdə nə baş verir? Emosional və ehtiraslı söhbətlərlə bir-birlərini sevindirəcəklər.
Balıqlar qeyri-maddi bir insandır və bu məsələdə bütün məsuliyyəti sizə qoyur. Etdiyiniz heç bir işə qarışmır və hətta hər şeydə sizi dəstəkləyir.
Balıqların həssas təbiəti qırılmağa meyllidir, lakin ona diqqətlə yanaşdığınız üçün bu əlaqə asanlıqla pozulmayacaq. Əslində, uzun illər hər kəsin həsəd aparacağı cütlük olacağınıza əmin ola bilərsiniz. Dostlarınızı qonaq etməkdən zövq alacaqsınız, evinizi istədiyiniz kimi bəzəyəcəksiniz və rahat yaşayacağınız gözəl bir eviniz olacaq.
Xərçəng bürcü ayrılığı necə yaşayır?
Astrologiya ilə tanış olmayanlar da emosional "Su qrupu" üçün ayrılığın nə qədər fəlakətli olduğunu təxmin edə bilərlər.
Sizin üçün həyat, sözün əsl mənasında dayanır. Onunla yatıb, onunla oyanırsınız. Üstəlik, onu unutmağa çalışmağın nankorluq olduğunu düşünür və dərdindən qurtulmaq əvəzinə onu daha çox düşünməyə davam edirsiniz.
Həyatın qısa olduğunu və əldən verilmiş fürsətlərin bir daha geri gəlməyəcəyini başa düşməlisiniz. Həyat eşqini yenidən bərpa etmək üçün sevdiklərinizin dəstəyini heç vaxt unutmayacaqsınız.
İlahin, Bizimyol.info






