Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Abşeron Milli Parkının səmalarında "paratrike uçuşları"ndan görüntülər - Video
Abşeron Milli Parkının səmalarında "paratrike uçuşları"ndan görüntülər - Video

Abşeron Milli Parkında diqqətimizi çəkən maraqlı fəaliyyətlərdən biri də paratrike uçuş idi. Deyilənə görə, əvvvəllər paratrike uçuşu Azərbaycanda mövcud olsa da, sonradan unudulub. Yenidən isə, gündəmə Bilal Hüseynli vasitəsilə gətirilib.

Təşkilatçı Bilal Hüseynli Bizimyol.info xəbər portalına müsahibəsində bildirib ki, paratrike uçuşları 15 dəqiqə müddətində həyata keçirilir. O, qeyd edib ki, bu uçuşlar təhlükəsizdir. Amma buna baxmayaraq, paratrike vasitəsinə minən şəxslərlə müqavilə bağlanır. Çünki qəza hər zaman mümkündür və buna səbəb istifadəçi özü səbəb ola bilər.

Bilal Hüseynli Bilal Hüseynli

Uçuşun məbləği 150 manatdır. Paratrike istifadəçilərinin sığortası da həyata keçirilir. Əgər uçuş zamanı hərhansı bir problem yaranarsa, 2000 manata qədər sığorta fəaliyyəti həyata keçirilir.

Biz də Abşeron Milli Parkında paratrike uçuşuna şahid olduq. Uçuş adrenalin dolu və həyəcanverici idi. Paratrike milli parkın üzərində dövrə vuraraq, aşağı doğru enməyə başlayır.

Düzünü desəm, paratrike uçuşu etmək güclü və cəsur ürək tələb edir. Özünüzəinam və yüksək dərəcədə həvəs varsa, Abşeron Milli Parkına baş çəkib bu həyəcanı əyani yaşaya bilərsiniz...

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »