Başqalarının cinsi həyatı ilə maraqlanmaq və bu barədə dedi-qodu etmək insanlıq tarixindən bəri mövcud olan bir haldır. Xüsusilə də bu insanlar daha çox diqqət mərkəzində olan insanlardırsa, daha çox sensasiyalı nəticələr verə bilər. Əslində çox maraqlıdır ki, iki nəfər arasında onların qarşılıqlı razılığı ilə baş verən bir hərəkət cəmiyyəti narahat edib, böyük hadisələrlə nəticələnə bilir.
Bəs niyə biz bəşəriyyət olaraq başqalarının cinsi həyatı ilə bu qədər maraqlanırıq? Bu cür hərəkətlər cəmiyyətə necə təsir edə bilər?
Bizimyol.info xəbər verir ki, məsələn, Berluskoninin qalmaqallarından dünya bu gün də danışır. İtaliyanın keçmiş baş naziri Silvio Berluskonini xatırlayın. “Bunga Bunga” məclisləri və seks qalmaqalları ölkə gündəmini zəbt etmişdi və başqa heç nə danışılmırdı.
Niyə insanların şəxsi həyatlarında yaşadıqları şeylər ictimaiyyətə və qəbul ediləcək qərarlara belə böyük təsir göstərir?
İnsanlıq olaraq; biz bütləşdirməyə, qəhrəmanlaşdırmağa və bəzilərini aliləşdirməyə meylli oluruq. Biz bunu xüsusilə siyasətçilər və sənətçilər kimi əlində güc sahibi olan insanlara edirik. Biz onları bizə yanlış və ya normadan kənar görünən ən kiçik bir hərəkətdə ilahi taxtları zədələnmiş və əvvəlki kimi mükəmməl deyilmiş kimi görürük.
Seksuallıq da olduqca ciddi nəticələrə səbəb ola bilər. Çünki bu, qədim zamanlardan bəri əxlaqla bağlı çoxlu müzakirələrə səbəb olan bir fenomendir. Biz digər insanların cinsi həyatlarını sosial statuslarına görə qiymətləndiririk.
Araşdırmalara görə, birini cinsi həyatına görə mühakimə etmə səviyyəmiz, cins, cinsi oriyentasiya və əxlaq normalarına görə də xeyli dəyişir. Məsələn, cinsəlliklə gündəmə gələn şəxs LGBTİ üzvüdürsə, o, daha çox əks reaksiyaya məruz qala bilər. Əgər o, qadındırsa, o, kişi ilə müqayisədə daha çox linç kampaniyalarının hədəfinə çevrilir. Kişilərdə isə kimliyinə görə deyil, evlilik kimi faktorlar olduqda, əxlaq normalarına görə mühakimə olunurlar.
Xüsusilə siyasətçilərdən söhbət düşəndə isə bu çoxunun diqqətini cəlb edir. Çünki siyasətçilər səlahiyyət və etibarı əks etdirirlər. Biz onları bir növ “lider” kimi görürük və siyasətçi kimi ictimai rolundan kənarda gördükdə özümüzü yöndəmsiz hiss edirik. Onlardan gözlədiyimiz bəzi xüsusiyyətlər var.
Misal üçün; dürüstlük və özünə nəzarət kimi. Əgər onların həyat yoldaşından başqa başqaları ilə əlaqələri varsa, bu, “sövdələşməyə xəyanət” kimi qəbul edilir, bununla da dürüstlük və etibarı pozur. Həmçinin, siyasətçilər adi insandan daha çox təhrikçilərlə qarşılaşırlar. Xüsusi maraq qrupları, vədlər, pul və s. Bu zaman siyasətçi özünü idarə etmə qabiliyyətini itirib, başqa amillərin şirnikləndirilməsinə başlasa, işlər qarışa bilər.
Seksuallığı bir növ “özünü idarə etmənin itirilməsi” kimi də görmək olar ki, bu da insanı gücsüz edir. Onların şəxsi həyatlarına münasibəti digər sosial rollarına da sirayət edir.
Biz siyasətçilərdən öz ideallarını cəmiyyətin maraqlarından üstün tutmamalarını, bizə güvən vermələrini və bizim üçün iş görmələrini gözləyirik.
Əslində ənənəvi ailə quruluşunda “yaxşı ata, yaxşı ər, yaxşı tərəfdaş”dan gözləntilər də belədir. Başqa sözlə, onların şəxsi həyatlarındakı rollarına xələl gətirə biləcək bir münasibət digər sosial rollarını da zəiflədə bilər.
İlahin, Bizimyol.info






