Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü prezident seçkilərində birinci turda qələbə qazanacağına əminliyini bildirib.
Bizimyol.info xəbər verir ki, o, bu barədə canlı yayınmda 14 kütləvi informasiya vasitəsi əməkdaşlarının suallarını cavablandırarkən deyib.
"Biz nə lazımdırsa edəcəyik və xalqımız birinci turda işin son çatdırmaq üçün seçkilərə gələcək, bizə səsverəcək. İnanıram ki, belə də olacaq. Gəlin sabah seçkilərdə bunu edək", - deyə prezident vurğulayıb.
Hazırkı dövlət başçısının sözlərinə görə, səsvermənin nəticələri bir neçə il əvvəl Ərdoğanın hazırkı rəqibi Kamal Kılıçdaroğluna dəstək ifadə edən ABŞ prezidenti Co Baydenə cavab olacaq.
“Bəy Kamal nə dediyini anlamır. O bildirib ki, Türkiyə seçkiləri qazanıb prezident olarsa, Rusiyaya qarşı sanksiyalar tətbiq edəcək. Bu nə anlayışdır? Siyasətlə beləmi məşğul olur, onun dövlət idarə etmək anlayışı budurmu? Rusiyadan təxminən beş milyon yarım turist gəlir. Bu turizmə ən çox təsir edən olkədir. Bunu Baydenin göstərişi ilə edəcəksiniz? Sabah seçicilər də Baydenə cavab verəcəklər”, - deyə dövlət başçısı qeyd edib.
Qeyd edək ki, Türkiyədə prezident seçkilərində üç namizəd iştirak edir, ən yüksək dövlət postu uğrunda əsas mübarizə Ərdoğan və Kılıçdaroğlu arasında gedəcək. “Ata” siyasi alyansının namizədi Sinan Oğan, sosioloqların proqnozlarına görə, 4%-dən çox olmayan səs toplayacaq.
Qalib olmaq üçün 50%-dən çox səs toplamaq lazımdır.
Yerli politoloqlar Türkiyədə prezident seçkilərinin iki turda keçirilməsini istisna etmirlər. Bu halda ikinci tur mayın 28-də baş tutacaq. Sadə səs çoxluğunu toplayan namizəd qalib elan ediləcək.
Qadir, Bizimyol.info






