Türkiyədə prezidentliyə namizəd, "Məmləkət" Partiyasının sədri Məhərrəm İncə namizədliyini geri götürüb. İncə, ona qarşı aparılan qara təbliğatdan da söz açıb. Bildirib ki, Türkiyə Cümhuriyyəti onun nüfuzunu qorua bilməyib. Məhərrəm İncə hesab edir ki, prezidentliyə namizədin reputasiyası önəmlidir.
Məhərrəm İncənin namizdəliyini geri götürməsi nəyi dəyişəcək? Bu addım seçkinin nəticələrinə təsir edəcəkmi?
Dünya TURKİYAD Dərnəyi başqan vəkili Səlcuq Düzgün Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Məhərrəm İncənin namizdəliyini geri götürməsi əslində Türkiyədə siyasətin üzərində necə bir dərin quruluş olduğunun sübutudur. Bu dərin quruluş okeandan o tərəfdə müxalifəti nəzarəti altına alan bir quurluşdur. İstədikləri kimi dizayn edirlər.
Dünya TURKİYAD Dərnəyi başqan vəkili Səlcuq Düzgün“Meral xanımla başlayan Kılıçdaroğlu ətrafında toplanmış bir quruluş, Kılıçdaroğlu üzərindən siyasət aparır. Bu quruluş hər cür terror təşkilatlarını Kılıçdaroğluna bağlamış, bunun qarşısında duran, sağ, sol və ya müstəqil namizədlərin haqqında müxtəlif məlumatlar yayaraq uzaqlaşdırmağa çalışırlar. Daha əvvəl 17-25 dekabrda Ərdoğana qarşı olan tələ kimi hiylə qururlar”,- deyən Səlcuq Düzgünün fikrincə, Məhərrəm İncəyə qurulan tələyə özləri düşüb. Çünki bu addım Məhərrəm İncənin seçici səviyyəsini analiz etmədən atılıb.
“Belə hesab edirlər ki, Muharrəm İncə namizdəliyini geri götürsə, səslər “Millət İttifaqı”na veriləcək. Amma Məhərrəm İncə, əslində AKP-dən daha çox seçici götürmüşdü. Bu vəziyyətdə Məhərrəm İncənin seçici sayından çox hissəsi “Cümhur İttifaqı”na keçəcək. Çünki haqsız yerə qurban olmuş bir liderləri var. Tələ qurarkən, elə vəhşicəsinə və həyasızcasına qururlar ki... Onun ətrafında olan, xüsusilə gənc təbəqə buna qarşı sərt olacaqlar. Partiyasının səs toplayacağına inanıram”,- deyə Səlcuq Düzgün bildirib.
Səlcuq Düzgün hesab edir ki, müxalifət Muharrəm İncəni qaralamağa çalışır.
“Türkiyədə dərin bir quruluş var. Siyasətdə istəmədikləri adamları belə şəkildə aradan götürürlər. Ümid edirəm ki, gələcəkdə bu dərin quruluş təmizlənəcək”-deyə Düzgün əlavə edib.
İradə Cəlil, Bizimyol.info






