Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Kaset Məhərrəm İncəyə çox baha başa gəldi - Ərdoğanın işi çətinləşdi"
"Kaset Məhərrəm İncəyə çox baha başa gəldi - Ərdoğanın işi çətinləşdi"

Bu gün Türkiyədə prezidentliyə namizəd, "Məmləkət" Partiyasının sədri Məhərrəm İncə namizədliyini geri götürüb. İncənin namizdəliyini geri götürməsi birmənalı qarşılanmır. Siyasilərin bu barədə fikirləri də üst-üstə düşmür.

Türkiyənin Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi analitik Hasan Oktay Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Məhərrəm İncənin kaset təhdidi ilə seçkidən geri çəkilməsi Türk siyasi tarixində çox da görülməmiş bir hadisə deyil. Belə ki, Məhərrəm İncə bu kasetlərlə hökümət tərəfindən Cümhuriyyət Xalq Partiyasına qarşı namizəd göstərildi. Daha sonra bəziləri bu kaseti ələ keçirib, Məhərrəm İncəyə qarşı istifadə edərək təhdid ünsürünə çevirdilər. Beləliklə, Məhərrəm İncə ədalətdən geri çəkilmiş olacaq. Hər iki tərəfin əlindəki kaset Məhərrəm İncəyə çox baha başa gəldi.

Türkiyənin Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi analitik Həsən Oqtay Həsən Oqtay

Politoloqun fikrincə, ölkədən kənarda verilən səslər və səsvermə sırasında Məhərrəm İncənin adının olması vəziyyətə necə təsir edəcək, bu da hələ bəlli deyil.

Həsən Oqtay hesab edir ki, eyni zamanda Məhərrəm İncəyə səs verəcək seçicinin bir hissəsinin ya Sinan Oğana, ya da Kamal Kılıçdaroğluna yönələcəyi böyük ehtimaldır. Beləliklə, iqtidarın Məhərrəm İncə üzərindən müxalifətə qurmuş olduğu "tələ" iqtidarın taleyini müəyyən edəcək.

Hasan Oqtay bildirib ki, Ərzurumda Əkrəm İmamoğluna qarşı həyata keçrilən təxribat, Kamal Kılıçdaroğlu əleyhinə hazırlanmış saxta afişalar və broşürlər, Məhərrəm İncənin seçkidən çəkilməsi iqtidara qarşı ciddi şəkildə bir qəzəb seli yaradıb. Bu şərtlərlə prezident Rəcəb Tayyib Ərdoğanın işi olduqca çətinləşdi.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »