Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məhərrəm İncə namizədliyini geri götürüb
Məhərrəm İncə namizədliyini geri götürüb

Türkiyədə prezidentliyə namizəd, "Məmləkət" Partiyasının sədri Məhərrəm İncə açıqlamalar verib.

Bizimyol.info  xəbər verir ki, o, prezidentliyə namizədliyini geri götürdüyünü açıqlayıb.

"Fərqi yoxdur, realdır, ya montajdır, sübut edə bilməzsən. Gerçək olmadığını hamı bilir. Türkiyə Cümhuriyyəti mənim nüfuzumu qoruya bilmədi. Prezidentliyə namizədin reputasiyası önəmlidir. Bu ölkənin prokurorları, bu ölkənin mətbuatı, bu ölkənin təhlükəsizlik orqanları bir Türkiyə vətəndaş olaraq, prezidentliyə namizəd kimi mənim reputasiyamı qorumağa borclu idi", - deyə o qeyd edib.

“45 gündür saxta qəbzlərlə,  saxta sənədlərlə, saxta videolarla böhtan atırlar. Bu rəzil terrorçuların hiyləsindən kömək umanlar, onları yayanlar, onlara inananlar; yadında deyilmi, nə olduğunu sui-qəsd məhkəmələri zamanı olubmu? Ömrümün sonuna qədər bu əclaf terrorçularla mübarizə aparacam”, - deyə o qed edib.

O bildirib ki, 5 milyard dollarlıq əskinas yazılıb. "Haradadır bu prokurorlar? Bazar günü bankdan 10 milyon lirə köçürürlər. Məndən başqa heç kim əmlakını açıqlamır. Bildirirəm, mənə şər atırlar. Hər şey oratadır. Deyir evi hardan almısan, mən evi 2016-cı ildə almışam. Nə qədər qeyri-qanuni FETÖ-çü varsa, xaricdən hücum edir. Bir tərəfdən FETÖ hücum edir, digər tərəfdən PKK hücum edir. İndi bazar günü seçkiyə gedəcəyik. "Məmləkət" Partiyası Türkiyənin gələcəyi üçün önəmlidir. O məclisdə olmalıdır. Kim hücuma keçirsə keçsin, istədiyi qədər montaj kasetləri çəksin, istədiyi qədər montaj qəbzi çap etsin. Bunlar mənə yapışmaz.

Mən "Məmləkət" Partiyasına hər evdən səs istəyirəm. Mən prezidentliyə namizədliyimi geri götürürəm", - deyə o bildirib.

Beləliklə, Türkiyədə prezidentlik yarışında üç siyasətçi qalıb: hazırkı prezident Rəcəb Tayyib Ərdoğan, onun əsas rəqibi Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və ATA Alyansından namizəd Sinan Oğan. Türkiyədə prezident və parlament seçkiləri mayın 14-də keçiriləcək.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »