Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan və Türkiyə Ani körpüsü eskizinin hazırlanmasında əməkdaşlıq etmir
Ermənistan və Türkiyə Ani körpüsü eskizinin hazırlanmasında əməkdaşlıq etmir

“Hələ 2010-cu ildə körpünün ilkin eskizi hazırlanıb və onun bərpası üçün ixtisaslaşmış komissiyanın yaradılması məsələsi hələ də müzakirə olunur.

Ermənistan və Türkiyə Ani körpüsünün eskizinin hazırlanmasında əməkdaşlıq etmir”.

Bizimyol.info xəbər verir ki, bunu Ermənistan Respublikasının Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi Sputnik Ermənistanın körpünün eskizinin hazır olub-olmaması ilə bağlı sorğusuna cavab olaraq bildirib.

"Hələlik Ani körpüsünün yalnız ilkin layihə variantı var", - deyə nazirlikdən bildiriblər.

Nazirliyin məlumatında qeyd edilib ki, körpünün bərpasının dəyəri və konkret müddəti barədə yalnız layihə və hesablama sənədləri hazırlandıqdan sonra məlumat vermək olar.

Ani körpüsünün bərpası ilə bağlı ixtisaslaşmış komissiyanın yaradılmasına gəlincə, nazirlik bu məsələnin müzakirə olunduğunu izah edib.

Bundan əlavə, eskizin kimin tərəfindən və nə vaxt tərtib edilməsi ilə bağlı əlavə sorğuya cavab olaraq, FHN-dən məlumat verilib və bildirilib ki, layihə variantı hələ 2010-cu ildə hazırlanıb. Qeyd edilib ki, Türkiyədə analoji eskizin hazırlanıb-hazırlanmadığını bilmirlər.

“Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyində Türkiyə tərəfinin keçirdiyi tədbirlərlə bağlı məlumat yoxdur”, - deyə FHN-dən bildirilib.

Bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi bildirib ki, Türkiyə ilə sərhəddə yerləşən Ani körpüsünün layihə variantı yalnız hazırlanır.

Eyni zamanda, fevralın 16-da hökumətin iclasında Ermənistanın baş naziri Nikol Paşinyan bildirib: “Biz uzun müddətdir ki, layihə variantını hazırlamışıq”.

Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan fevralın 15-də Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında bildirib ki, Ermənistan və Türkiyə Ani sərhəd körpüsünü təmir edəcək.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »