Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycan torpaqları azad ediləndən sonra, Türk Dövlətləri Təşkilatı daha da möhkəmləndi"
"Azərbaycan torpaqları azad ediləndən sonra, Türk Dövlətləri Təşkilatı daha da möhkəmləndi"

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, “İndiki Türkiyə hakimiyyəti illər öncə iqtidarda olsaydı, Xocalı soyqırımı olmayacaqdı və Azərbaycanın torpaqları işğal edilməyəcəkdi”. Çavuşoğlu etiraf edib ki, o zaman Türkiyə hakimiyyəti Azərbaycanı erməni işğalından qorumayıb. Nazir bildirib ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi Türk dünyasının özünə inamını bərpa etdi. İndi Türk Dövlətləri Təşkilatının üzvləri də bilir ki, ehtiyac olarsa, Türkiyə onların da yanında olacaq.

Politoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, əslində Mövlud Çavuşoğlunun söylədiyi fikirlər bir mənalı şəkildə həqiqəti əks etdirir. Həqiqtən də, həmin dövrlərdə Azərbaycan Türkiyə müttəfiqliyi, qardaşlığı bu dərəcədə və bu səviyyədə inkişaf etdirilsəydi Xocalı faciəsini törətməyə ermənilərin cəsarəti çatmayacaqdı. Həmçinin həmin dövrlərdə Azərbaycan-Türkiyə münasibətləri də bu həddə və bu dərəcədə yüksək səviyyədə olsaydı, Qarabağın işğal prosesi də baş verməyə bilərdi.

Tural İsmayılov Tural İsmayılov

“Bu səbəbdən də, Türkiyə xarici işlər nazirinin bu kontekstdə verdiyi açıqlamalar reallığı əks etdirir. Çünki doğurdan da Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən sonra, Türk Dövlətləri Təşkilatı nəzdində inteqrasiya daha da möhkəmləndi. Türk dünyasının özünə inamı yenidən bərpa edildi. Həmçinin Azərbaycanın bu qələbəsi Türk dövlətlərinin bütövlükdə təşkilat olaraq bundan sonra regional və qlobal konteksdə məsələlərdə vahid yumruq şəkildə birləşməyinin zəruriyilini ortaya qoydu”-deyə politoloq bildirib.

Tural İsmayılovun sözlərinə görə, Azərbaycanın 44 günlük müharibədə qazandığı zəfər bütövlükdə dünyaya yeni geosiyasi çalarlar qatdı. Eyni zamanda bölgəsəl formalaşacaq yeni kommunikasiya və nəqliyat lahiyələrini və bütöv Türk dünyasını maraqlandıran və iqtisadi yeniliklərin açarı rolunu oynadı.

“Bu prosesdə Azərbaycan-Türkiyə qardaşlığının xüsusi əhımiyyəti və önəmi var”,- deyə politoloq əlavə edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »