Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə və Erməistan parlamentlərinin spikerləri uçuşların bərpasını müzakirə edəcəklər
Türkiyə və Erməistan parlamentlərinin spikerləri uçuşların bərpasını müzakirə edəcəklər

Mayın 3-dən Ankarada olan Ermənistan parlamentinin sədri Alen Simonyan türkiyəli həmkarı Mustafa Şentopla görüşəcək və Ermənistan aviaşirkətlərinin Türkiyə hava məkanı vasitəsilə üçüncü ölkələrə uçuşlarının bərpası məsələsini müzakirə edəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə cümə axşamı keçirilən brifinqdə parlamentin xarici əlaqələr komissiyasının rəhbəri Sarqis Xandanyan bildirib.

“Ermənistan Milli Məclisinin (parlamentin) sədri hazırda Ankaradadır, Türkiyə parlamentinin rəhbəri ilə görüşəcək və bu məsələni qaldıracaq. Əsl problem Ermənistanın aviadaşıyıcılarının Türkiyə hava məkanından keçə bilməməsidir”, - deyə o qeyd edib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çərşənbə günü belə bir qərarın 20-ci əsrin əvvəllərində "erməni soyqırımı"nın liderləri və təşkilatçılarına qarşı həyata keçirilən cavab aksiyasının xatirəsinə İrəvanda Nemesis memorialının açılması ilə əlaqədar olduğunu izah edib. Türkiyə Erənistanın təbliğ etdiyi, Osmanlı İmperiyası zamanı baş verdiyi iddia edilən uydurma "erməni soyqırımı"nı tanımır.

Şənbə günü axşam “Flyone Armenia” xəbər verib ki, Türkiyə aviasiya orqanları əvvəlcədən xəbərdarlıq etmədən Türkiyə hava məkanı vasitəsilə Avropaya uçuşlar həyata keçirmək üçün verilmiş icazəni ləğv edib. Bu vəziyyət Ermənistan aviadaşıyıcısını Paris-İrəvan reysini Kişinyov hava limanında endirməyə məcbur edib.

Ermənistanla Türkiyə arasında diplomatik əlaqələr yoxdur. 2009-cu ildə Sürixdə iki dövlətin xarici işlər nazirləri diplomatik münasibətlərin qurulması və münasibətlərin prinsipləri haqqında protokollar imzalasalar da, bu sənədlər ölkələrin qanunverici orqanları tərəfindən ratifikasiya olunmayıb.

2018-ci il martın 1-də Ermənistan protokolların ləğvini elan edib. 2021-ci ildə Ermənistan və Türkiyə münasibətlərin tənzimlənməsi üçün xüsusi nümayəndələr təyin ediblər. İndi ölkələr münasibətləri normallaşdırmağa çalışırlar.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »