Türkitənin Kahramanmaraş bölgəsinin Göksun rayonunda zəlzələ baş verib.
Bizimyol.info xəbər verir ki, Fövqəladə Halların İdarə Edilməsi Agetliyinin (AFAD) saytında yer alan məlumata görə, saat 04:55-də baş verdiyi bildirilən zəlzələnin episentri Kahramanmaraşın Göksun rayonu olub.
Zəlzələnin 4,7 bal gücündə olduğu qeydə alınıb. Zəlzələ yerin 7 kilometr dərinliyində baş verdiyi müəyyən edilib.
Hələlik bağıntı və təlafatla bağlı məlumat verilməyib.






