Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan "Akkuyu" görüşündən əvvəl Putinlə danışıqlar aparmağı planlaşdırır
Ərdoğan "Akkuyu" görüşündən əvvəl Putinlə danışıqlar aparmağı planlaşdırır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 27-də "Akkuyu" AES-ə nüvə yanacağının çatdırılması mərasimindən əvvəl Rusiya lideri Vladimir Putinlə telefon danışıqları aparmaq istəyir.

Bizimyol.info xəbər verir ki, bu barədə çərşənbə günü Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın məlumat verib.

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Akkuyu" AES-də keçiriləcək mərasimdən əvvəl Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparacaq. Onlar Ukraynadakı vəziyyəti və ikitərəfli münasibətləri müzakirə etməyi planlaşdırırlar”, - deyə "Star" qəzeti Kalına istinadən xəbər verir.

Kalın qeyd edib ki, Ukraynada başlanan müharibənin bir ildən çox vaxt keçməsinə baxmayaraq döyüşlər intensiv olaraq davam edir. “Biz işləməyə davam edirik. Müharibənin davam etməsinin qarşısını almaq üçün iki ölkə arasında danışıqlara başlamaq üçün səyləri birləşdirmək lazımdır. Türkiyə həm Rusiya, həm də Ukrayna ilə danışa bilən ölkə kimi öz barışdırıcı rolunu oynamağa hazırdır”, - deyib.

Kalın onu da qeyd edib ki, söhbət təkcə Moskva ilə Kiyev arasındakı münaqişədən deyil, həm də Rusiya ilə Qərbin qarşıdurmasından gedir.

Aprelin 27-də Mersində "Akkuyu" AES-in birinci bloku üçün ilk nüvə yanacağının təhvil verilməsi mərasimi planlaşdırılır. Putinin videobağlantı vasitəsilə tədbirə qatılacağı gözlənilir. Yanacağın əraziyə çatdırılması ilə obyekt tezliklə rəsmi olaraq nüvə statusu alacaq.

"Akkuyu" Türkiyədə tikilməkdə olan ilk atom elektrik stansiyasıdır. Layihə Rusiya Federasiyası ilə Türkiyə arasında 2010-cu il mayın 12-də bağlanmış hökumətlərarası əməkdaşlıq sazişi əsasında həyata keçirilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »