Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Canlı yayımda Ərdoğanın halı pisləşib, veriliş dayandırılıb
Canlı yayımda Ərdoğanın halı pisləşib, veriliş dayandırılıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla çərşənbə gecəsi canlı yayımlanan televiziya onun narahatlığına görə kəsilib.

Bizimyol.info xəbər verir ki, Türkiyə prezidenti bununla bağlı açıqlama verib. Onun sözlərinə görə, halının pisləşməsinə qrip xəstəliyi səbəb olub.

Ərdoğan mayın 14-də Türkiyədə keçiriləcək prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində "Kanal7" və "Ülke" televiziya şirkətlərindən jurnalistlərin suallarını cavablandırıb. Veriliş başlayandan bir neçə dəqiqə sonra yayım 20 dəqiqə dayanıb və televiziyada reklam ekran qoruyucuları yayımlanıb.

Veriliş bərpa olunanda Ərdoğan studiyada jurnalistlərə açıqlamasında “mədəsində şiddətli soyuqluq olduğunu” deyib: “Çox işləyirik, məndə ciddi soyuqdəymə var. Fikirləşdik ki, proqramı ləğv etsək, səhv başa düşülə bilərik. Söz verdiyimiz kimi gəldik. Biz də zaman-zaman belə problemlərlə üzləşirik, indi televiziya ekranı qarşısında olan bütün vətəndaşlarımızdan üzr istəyirəm” - Türkiyə prezidenti bildirib.

“Xüsusilə sizə çox təşəkkür edirəm. Bizi ekranlarında izləyən bütün vətəndaşlarımızdan da bir daha əfv diləyirəm. Sabah Ankara-Sivas Yüksək Sürətli Qatarın açılışımız var. Bunu həm Yozgatda, həm Kırıkkaledə, həm də Sivasda edəcəyik. Bütün bu vilayətlərin vətəndaşlarına uğurlar arzu edirik. Sabah birlikdə olmaq ümidi ilə inşallah”, - deyə o əlavə edib.

Bundan sonra jurnalistlər Türkiyə prezidentinə bir sual verib və yayım başa çatıb.

CNN Türk-ün məlumatına görə, Ərdoğanın səhhəti heç bir narahatlıq doğurmur.

Bu gün müxalifət partiya liderləri sosial şəbəkə hesablarından prezident Rəcəb Tayyib Ərdoğana şəfa diləkləri bildirən mesajlar paylaşıblar.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »