Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ Prezidenti Cozef Baydenin qondarma “erməni soyqırımı” iddialarına tvitterdə cavab verib. O, bildirib ki, siyasi şarlatanlar yenidən səhnəyə çıxıb: “Siyasi bəyanatlarla tarixi yenidən yazmaq olmaz. Türk xalqına tarix dərsi vermək heç kəsin həddinə deyil”, deyə nazir qeyd edib.
Dünya TURKİYAD Dərnəyi başqan vəkili Səlcuq Düzgün Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Türkiyə Cümhuriyyətinin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu ABŞ-a münasibətində tamamilə haqlıdır, hətta daha az reaksiya verib. Çünki ABŞ bu soyqırım yalanını hər il təkrarlayır və hər platformada Türkiyəyə qarşı kimi istifadə edir. Bu yalan Türkiyə ilə bağlı ambisiyaları olan bütün ölkələrdə eyni şəkildə istifadə edilir.
Dünya TURKİYAD Dərnəyi başqan vəkili Səlcuq DüzgünSəlcuq Düzgün bildirib ki, Türk millətini soyqırımda ittiham edən bu imperializmin mərkəzləri çox yüksək soyqırım rekordlarına malikdir.
“ABŞ soyqırım görmək istəyirsə, uzağa getməyin, yanımızda İraq, Əfqanıstan və Suriya var. Burada baş verən hadisələrə görə ABŞ məsuliyyət daşıyır. Bugünkü dünyada soyqırım zirvəsini göz önündə edən ABŞ yüz il əvvəlki yalanlara söykənərək, Türk millətinin dövlətini boğmaq istəyirsə, yanılır. Yenə də ABŞ ermənilər vasitəsilə soyqırım görmək istəyirsə, Azərbaycana, Xocalıya baxmalıdır. Onun soyqırım törətdiyini iddia etdiyi ermənilər də yüz ildir ki, Azərbaycan türklərinə qarşı soyqırımı törədirlər”,- deyən Düzgün bildirib ki, əsl soyqırım erməni qatillərinin öz etirafları ilə göründüyü bir vaxtda bir əsr əvvəl olan əcdadlarımızı ittiham etmək nə mənəvi cəhətdən düzgün deyil, nə də qanunauyğundur. Düzgün qeyd edib ki, bu məsələ hər il aprelin 24-də erməni diasporunun işi ilə gündəmə gəlir. Bu məsələ qarşısında Türkiyə dövlətinin rəsmiləri deyirlər ki, tarixi hadisələri tarixçilərin öhdəsinə buraxaq və rus, çin, erməni, türk arxivlərini açıb o dövrün hadisələrini bütün dünya ictimaiyətinə çılpaqlığı ilə təqdim edək.
“Erməni tərəfi və soyqırım yalançıları bu təklifə cavab verə bilməzlər, çünki onların haqlı olduğu vəziyyət yoxdur. Bu münasibətlə vurğulayırıq ki, tarix həqiqətlərini çox gözəl bilən bölgə insanları kimi əcdadlarımızla hər zaman fəxr edirik. Bu münasibətlə 24 aprel yalanına həqiqətlə cavab veririk. Anadolu Türklərinin Erməni Soyqırımından Qurtuluşunun 108-ci ildönümü mübarək!”,- deyə Düzgün fikrini yekunlaşdırıb.
İradə Cəlil, Bizimyol.info






