Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə parlament seçkilərində bülletenlərin uzunluğu bir metr olacaq
Türkiyədə parlament seçkilərində bülletenlərin uzunluğu bir metr olacaq

Türkiyədə parlament seçkilərində səsvermə üçün bülletenlərin ölçüsü bir metr olacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyənin millət vəkili, hakim Ədalət və İnkişaf Partiyasının YSK-dakı nümayəndəsi Rəcəb Özel məlumat verib.

Özəl əlavə edib ki, formatı seçki komissiyası tərəfindən təsdiq edilən bülletenlərin artıq xaricdə çapına başlanılıb.

"28-ci çağırış parlamentin deputatlarının seçkilərində xaricdə səsvermə üçün bülletenlərin çapına başlanılıb. Bülletenin ölçüsü 100 santimetrdir", - deyə Özəl yazıb.

Məlumat üçün bildirək ki, hakim partiyanın “Respublika” ittifaqı və altı müxalifət partiyasının “Xalq” ittifaqı da daxil olmaqla, beş partiya ittifaqı səsvermə bülletenlərindədir.

Ali Seçki Komissiyasının yekun siyahısına 24 partiya və 151 müstəqil namizəd daxildir.

Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri mayın 14-nə təyin edilib. Namizədlərin yekun siyahısına “Cümhuriyyət Alyansı”ndan vahid namizəd kimi hazırkı dövlət başçısı, 69 yaşlı Ərdoğan, müxalifətin “Xalq Alyansı”ndan vahid namizəd 74 yaşlı Kamal Kılıçdaroğlu, həmçinin Memleket partiyasının lideri 58 yaşlı Məhərrəm İncə və 55 yaşlı Ata ittifaqının namizədi Sinan Oğan daxildir.

Onu da əlavə edək ki, seçkiqabağı araşdırmaların nəticələri hələ ki, Ərdoğan və Kılıçdaroğlu arasında qarşıdan gələn seçkilərin favoritini ortaya qoymur, müxtəlif anketlər hər ikisinin lehinə rəqəmlər göstərir.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »