Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Soylu: ABŞ və Avropa seçkilərlə bağlı Türkiyəyə təzyiq göstərir
Soylu: ABŞ və Avropa seçkilərlə bağlı Türkiyəyə təzyiq göstərir

"Mayın 14-də Türkiyədə keçiriləcək prezident və parlament seçkiləri onun tarixini tamamilə dəyişəcək. Bu, ABŞ və Avropa tərəfindən Ankaraya artan təzyiqlərə səbəb olub".

Bizimyol.info xəbər verir ki, bnu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

"Türkiyə 14 may seçkiləri ilə tarixini tamamilə dəyişəcək. Bu, təkcə Prezident Rəcəb Tayyib Ərdoğanın seçilməsi deyil, Türkiyənin gələcək nəsillərinin seçimi, onun tam müstəqilliyidir. Buna görə də ABŞ və Avropa ona təzyiq göstərir”, - "TV100" telekanalı nazirin çərşənbə günü söylədiyi sözlərdən sitat gətirir.

Soylu: “Amerika etibarını itirməyə davam edir və bütün dünya buna nifrət edir. Avropa belə mövcud deyil, o, heç bir xüsusi əhəmiyyəti olmayan Amerika karvanının yalnız bir hissəsidir. Avropa liderləri daim nüfuzdan düşür, qitənin əhalisi qocalır, iqtisadi inkişafda çətinliklər var və bundan sonra da olacaq. Avropa Amerikanın Afrikada piyadasına çevrilib, bütün Afrika ölkələri onları istismar edən dövlətlərə nifrət edir”,

- deyə Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri bildirib.

Türkiyədə seçkilər ərəfəsində Qərbin ünvanına seçki kampaniyasına müdaxilə ittihamları ilə daha çox sərt bəyanatlar eşidilir. Türkiyə prezidenti Ərdoğan daha əvvəl müxalifətdən prezidentliyə namizəd, Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu ilə görüşündən sonra ABŞ-ın Ankaradakı səfiri Ceff Flakeni bir daha qəbul etməyəcəyini bildirib.

Mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Dövlət başçısı postu uğrunda 4 namizəd mübarizə aparacaq, lakin əsas mübarizə, analitiklərin proqnozlaşdırdığı kimi, Ərdoğanla müxalifətin vahid namizəd kimi irəli sürdüyü CHP lideri Kılıçdaroğlu arasında gedəcək. Politoloqlar seçkilərin iki turda keçirilə biləcəyini istisna etmirlər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »