Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu hindistanlı həmkarı Subramanyam Cayşankar ilə görüşüb.
APA xəbər verir ki, o bu barədə özünün “Twitter“ hesabında paylaşım edib.
“G20 xarici işlər nazirlərinin görüşü üçün gəldiyimiz Yeni Dehlidə ilk görüşümüzü hindistanlı həmkarımla keçirdik. “Dost üçün əməliyyat” adı altında ölkəmizə verdikləri kömək və humanitar dəstəyə görə onlara təşəkkür etdik”, – paylaşımda qeyd olunub.






