Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə prezident seçkiləri təxirə salına bilərmi?
Türkiyədə prezident seçkiləri təxirə salına bilərmi?

“İyunun 18-də keçirilməli olan seçki prezidentin namizədlik müddəti ilə bağlı bəzi mübahisələri ardınca gətirəcəyi üçün seçki mayın 14-də keçiriləcəkdi. Amma Türkiyədə olan zəlzələ ilə əlaqədar olaraq, Ali Seçki Şurası mayın 14-ü tarixini iyunun 18-nə qədər təxirə sala bilər. Bu zəif olsa da bir ehtimaldır. Zəlzələ oldu deyə seçkilərin təxirə salınıb-salınmayacağı müzakirə edildi. Amma prezident seçkilərini təxirə salmaq səlahiyyəti ancaq müharibə zamanı mümkün olduğu üçün seçkilər gecikdirilməyəcək”.

Bu barədə bizimyol.info xəbər portalına Türkiyənin Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi analitik Hasan Oktay danışıb. Onun sözlərinə görə, Türkiyədə sistem dəyişikliyi həyata keçirildikdən sonra ikili bir blok yaradılıb. Hazırda iqtidarda olan Ədalət və Kalkınma partiyası ilə Milliyyətçi Hərəkət Partiyası “Respublika Alyansı” adı altında birləşdi.

Hasan Oktay Hasan Oktay

“Hər nə qədər bu blokda Mustafa Desticinin rəhbərlik etdiyi Böyük Birlik Partiyası və Perincekin rəhbərlik etdiyi Vətən Partiyası yer alsa da AKP və MHP “Respublika Alyansını” təşkil edir. Digər blok olan “Millət İttifaqını” isə Ali Babacanın Demokratiya və Çıxış Partiyası, Ahmet Davutoğlunun Gələcək Partiyası, Gültekin Uysalın Demokrat Partiyası, Temel Karamolla oğlunun Saadat Partiyası, Meral Akşenerin İYİ partiyası və Kamal Kılıçdaroğlunun rəhbərlik etdiyi Cumhuriyyət Xalq Partiyası təşkil edir”-deyən Hasan Oktay bildirib ki, “Millət İttifaqı” müxalifətdə olub, bu seçkiləri qazanmaq üçün ortaq bir prezident namizədi seçmək mərhələsindədir.

Bugünə qədər namizdələrini müəyyən etməməsinə səbəb iqtidarın, yəni “Respublika Alyansının” dövlət gücündən istifadə edərək, namizədi yıxacağından narahatlıq duymasıdır. Bu səbəbdən də namizədləri müəyyən etmək üçün çox gizli iş aparılıb. Hökümət mediasının yaratdığı ən böyük təbliğat belə ortaya bir namizəd çıxara bilməyib.

Onun sözlərinə görə, “Millət İttifaqı” HDP ilə hər-hansı bir bağın olmadığını ifadə etməklə yanaşı seçki zamanı HDP seçicisinin səslərini özünə çəkmək üçün bəzi cəhdlər edir. HDP də bunu bildiyi üçün xüsusilə “ Altılı masa” nın prezident namizədinin kim olması və ya olmaması mövzusunda fikir bildirir.

“Məsələn, “Altılı masanın” namizdələrindən adı önə çıxan Ankara Böyük Şəhər Bələdiyyə sədri Mansur Yavaş üçün HDP mənfi fikir bildirdi. Eyni zamanda əhəmiyyətli bir namizəd olan İstanbul Bələdiyyə sədri Ekrem İmamoğlu isə hüquqi baxımdan prezidentliyə namizd ola bilməyəcəyi üçün “Altılı masa” yeni axtarışlar içərisindədir.

“Respublika Alyansı” özünə rəqib kimi Cumhuriyyət Xalq Partiyasının rəhbəri Kemal Kılıçdaroğlunu görmək istəyirsə də, Türkiyədə seçicilər Kamal Kılıçdaroğlunun namizədliyinə çox da isti yanaşmırlar. Belə olduğu halda Respublika İttifaqına, Rəcəb Tayyib Ərdoğana qarşı “ Altılı masanın”, yəni “Millət İttifaqının” müəyyən edəcəyi namizəd hamı üçün maraqlıdır.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »