Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zəlzələdən zərər görən uşaqlar üçün Beşiktaş azərkeşlərindən fərqli bir addım
Zəlzələdən zərər görən uşaqlar üçün Beşiktaş azərkeşlərindən fərqli bir addım

“Beşiktaş” azarkeşləri “Antalyaspor” matçı öncəsi Kahramanmaraş mərkəzli zəlzələlərdən zərər çəkən uşaqlar üçün tədbir keçirib.

Bizimyol.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, zəlzələ qurbanlarına mənəvi ruh vermək üçün təşkil edilən tədbirdə azarkeşlər özləri ilə gətirdikləri şərf və papaqlarla yanaşı oyuncaqları (bərk olmayan və ölçüsü 40 sm-dən çox olmayan oyuncaqlar) futbol meydançasına atıblar.

Yığılan oyuncaqlar uşaqlara hədiyyə edilmək üçün zəlzələ zonasına göndəriləcək.

Matçdan əvvəl zəlzələdə həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Start fitinin səsindən 4 dəqiqə 17-ci saniyədə bütün oyuncaqlar meydançaya atılıb.

"Beşiktaş" azarkeşlərinin meydançaya oyuncaq atması zamanı futbolçular Cenk Tosun və Maksim göz yaşlarını saxlaya bilməyib.

Həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə şouları, alqışları ilə tanınan Beşiktaş azarkeşləri bu dəfə zəlzələ qurbanlarının uşaqları üçün birləşib.

Xatırladaq ki, Beşiktaş azarkeşlərinin belə zəlzələ həmrəyliyi ilk dəfə deyil. 2011-ci ildə Vanda baş verən zəlzələdən sonra da azarkeşlər hörmət əlaməti olaraq yaylıqlarını meydana atmışdılar.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »