"Yüngül simptomlardan sonra həyat yoldaşımla verdiyimiz "COVID-19" testinin nəticəsi müsbət çıxdı. Allaha şükürlər olsun ki, yüngül xəstəlik olan "Omicron" variantı olduğunu öyrəndiyimiz. İşimizi evdə davam etdirəcəyik. Dualarınızı gözləyirik”.
Bizimyol.info xəbər verir ki, bu barədə Prezident "Twitter" hesabında yazdığı açıqlamada qeyd edib.
Prezident Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan: "Yalnız birlikdə, İnşallah, Tayyib bəylə birlikdə bu xəstəliyə ən qısa zamanda qalib gələcəyik. Dualarınızı gözləyirik", - deyə şərh yazıb.
MHP sədri Dövlət Baxçalı: "Cənab Rəcəb Tayyib Ərdoğanın koronavirusa yoluxduğu xəbərini görüşümüz zamanı aldıq. Allahdan şəfa diləyirəm. Özü ilə də əlaqə saxlayacağam", - deyə bildirib.
Qeyd edək ki, Prezident Ərdoğan Ukrayna Prezidenti Vladimir Zelenskinin dəvəti ilə getdiyi Ukraynadakı rəsmi təmaslarını başa vuraraq fevralın 3-də Türkiyəyə qayıdıb.
Bizimyol.info
Bugün hafif belirtiler üzerine eşimle birlikte yaptırdığımız COVID-19 testimizin sonucu pozitif çıktı. Omicron varyantı olduğunu öğrendiğimiz hastalığı hamdolsun hafif geçiriyoruz.
Görevimizin başındayız. Çalışmalarımıza evde devam edeceğiz. Dualarınızı bekliyoruz.
— Recep Tayyip Erdoğan (@RTErdogan) February 5, 2022






