Prezidentin sözçüsü İbrahim Kalın ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan ilə telefon danışığı aparıb.
Bizimyol.info xəbər verir ki, Prezident Administrasiyasının mətbuat katibinin bəyanatına görə, dünən baş tutan telefon danışığı zamanı ikitərəfli münasibətlər, xüsusilə siyasət, iqtisadiyyat və müdafiə sahələri, Ukrayna böhranı, Ermənistanla normallaşma prosesi və digər regional məsələlər müzakirə olunub.
Türkiyə ilə ABŞ arasında razılaşdırılan Birgə Strateji Mexanizmin təfərrüatları və mövzularının müzakirə edildiyi görüşdə iki ölkə arasında real, planlı və davamlı dialoqu təmin edəcək mexanizmin ən qısa zamanda həyata keçirilməsinin vacibliyi xatırladılıb.
Görüşdə Ukrayna böhranının dialoq və əməkdaşlıq yolu ilə həlli istiqamətində səylərin müzakirə edildiyi bildirilib və Türkiyənin NATO müttəfiqi olaraq böhrandan çıxmaq üçün hər cür dəstəyi davam etdirəcəyi bildirilib.
Görüşdə prezident Rəcəb Tayyib Ərdoğanın fevralın 3-də Ukraynanın paytaxtı Kiyevə səfərinin problemin diplomatiya yolu ilə həllinə töhfə verəcəyi vurğulanıb. Həmçinin Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin və uzunmüddətli münasibətlərin qurulmasının vacibliyi barədə qarşılıqlı fikir mübadiləsi edilib. Diplomatlar Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasının regionun sabitliyi və rifahı üçün vacib olduğunu xüsusi vurğulayıblar.
Bizimyol.info






