Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ədliyyə nazirinin dəyişməsinə münasibət bildirib.
APA-nın xəbərinə görə, Nazirlər Kabinetinin iclasından sonra çıxış edən Ərdoğan bildirib ki, bundan sonra da lazım olduğu halda yeni dəyişikliklər ola bilər.
“Hər xidmət kimi kabinetdəki dəyişikliklər də bir bayraq yarışıdır”, - Ərdoğan vurğulayıb.
Xatırladaq ki, ədliyyə naziri Əbdülhəmit Gülün yerinə Bəkir Bozdağ təyin olunub.






