Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə Mərkəzi Asiyanın bəzi ölkələri ilə silah satışına dair danışıq aparır
Türkiyə Mərkəzi Asiyanın bəzi ölkələri ilə silah satışına dair danışıq aparır

Türkiyənin müdafiə sənayesinin məhsulları arasında ən çox PUA-lara maraq var.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəisi İsmayıl Dəmir deyib.

“Təbii ki, son zamanlar zirehli döyüş maşınlarımıza, raketlərimizə də maraq var. Afrika ölkələrindən çox böyük maraq var, Uzaq Şərq və Mərkəzi Asiyadan bəzi ölkələrlə danışıqlar gedir. Məhsullarımızın keyfiyyətli olması nəticəsində bir çox ölkədən istəklər gəlir. Bizim Ukrayna və Rusiya ilə də münasibətlərimiz mövcuddur və biz yaranan böhranın bu münasibətlərə təsir etməməsi üçün işimizi davam etdiririk”, - deyə o bildirib.

Son xəbərlər
Bütün xəbərlər »