İran Türkiyəyə təbii qaz axınını kəsdikdən və sənayedə yaranan qaz məhdudiyyətindən sonra elektrik enerjisi kəsintiləri də müşahidə olunub.
Bizimyol.info xəbər verir ki, bu hadisələrin qida sektorunda istehsalı təhdid etdiyi bir vaxtda CHP Ümumi Başçı Köməkçisi və Partiya sözçüsü Faiq Öztrak hökuməti mövzu ilə bağlı tənqid edib. O, bildirib ki, bir ölkənin enerji təchizatı təhlükəsizliyi başqa ölkələrin himayəsinə buraxılarsa, o ölkədə heç bir şey təhlükəsiz deyildir.
“20 ildir o kreslolarda oturub talandan başqa heç nə düşünmürsünüz. Onun üçün də bu gün yeyəcəyimiz çörək belə təhlükə altındadır. Ayıb olsun!”,-deyə bildirib.
Qeyd edək ki, ötən gün CHP-nin sədr müavini və Balıkəsir Millət vəkili Əhməd Akın da mövzu ilə bağlı açıqlama vermişdi. Açıqlamada bildirilirdi ki, sənayedə təbii qaz və elektrik kəsintiləri səbəbiylə meydana gələcək 10 günlük hasilat kəsilməsi ölkəmizdə yaşayış xərclərini daha da artıracaq.
“Sənaye istehsalının dayandırılması ölkəmizə iqtisadi baxımdan böyük ziyan vuracaq”.
Leyla, Bizimyol.info






