Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"3+3 platforması"nın növbəti görüşü Türkiyədə keçirilə bilər
"3+3 platforması"nın növbəti görüşü Türkiyədə keçirilə bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın 3+3 platforması çərçivəsində növbəti regional toplantısını Türkiyədə keçirmək planlarını açıqlayıb. Prezident Ərdoğan İran prezidenti İbrahim Rəisi ilə telefon danışığı zamanı bildirib ki, Ankara Qafqazda sülh və sabitliyin bərqərar olması üçün səylərini davam etdirir. O qeyd edib ki, Ankara 3+3 platforması çərçivəsində Türkiyədə növbəti görüş keçirməyi planlaşdırır. Amma nədənsə cəmiyyətdə bu görüşlərin hər zaman Moskvada baş tutacağı fikri yaranmışdı.

Politoloq Tural İsmayılov Bizimyol.info saytına açıqlamasında bildirib ki, 3+3 platforma çərçivəsində görüşlər davamlı xarakter daşıyacaq. Və istənilən halda bu görüşlərin daimi olaraq Moskvada keçiriləcəyi ilə bağlı ortada dəqiq heç bir şey yoxdur: “Bu baxımdan düşünürəm ki, platforma çərçivəsində reallaşacaq. İşçi qrupu görüşlərinin Türkiyədə və eyni zamanda Azərbaycan və Ermənistanda keçirilmə ehtimalları da mövcuddur”.

Tural İsmayılov Tural İsmayılov

Ekspert hesab edir ki, ümumilikdə isə, 3+3 platforması çərçivəsində müzakirə olunan məsələlərdən biri də Zəngəzur dəhlizi məsələsidir. Çünki artıq Zəngəzur dəhlizi ilə bağlı həm avtomobil həm də dəmir yolu xəttləri üzərində isti qrup səviyəsində baxışlar həyata keçirilir. Ərazilərin kontrolu aparılır. Bu baxımdan politoloq, Rəcəb Tayyib Ərdoğanın haqlı olaraq 3+3 çərçivəsində növbəti görüşün Türkiyədə keçirilə biləcəyini vurğuladığını deyir.

T.İsmayılovun fikrincə, həm Türkiyə Ermənistan münasibətlərinin normallaşması məqsədi ilə keçirilən görüşlər həm 3+3 platforması çərçivəsində həyata keçirilən görüşlər bütövlükdə bütün region ölkələrində keçirilməlidir. “Təbii ki, burada əsas vasitəçi kimi görünən Rusiya tərəfi olduğuna görə Moskva daha çox bu görüşlərin məkanına çevrilir. Amma gələcək görüşlərdə hər 3 ölkənin paytaxtında və yaxud digər şəhərlərində bu tip görüşlərin keçirilmə ehtimalları böyükdür” - deyə T.İsmayılov bildirib.

Xatırladaq ki, bir müddət əvvəl ölkə başçısı İlham Əliyev də yerli mətbuata müsahibəsində Zəngəzur məsələsinə toxunmuşdu.

“3+3 formatı çərçivəsində də, - baxmayaraq, birinci görüş tanışlıq xarakteri daşıyırdı, - mən əminəm ki, ikinci görüşdə daha predmetli müzakirələr aparılacaq, ilk növbədə, kommunikasiyaların açılması ilə bağlı. Burada hər bir ölkənin fayda götürməsi göz önündədir. Sadəcə olaraq, Ermənistan öz antiazərbaycan, islamofob, antitürk xislətlərindən əl çəkməlidir. Ermənistan o zaman təbii olaraq bundan fayda götürə bilər”, - deyə ölkə başçısı qeyd etmişdi.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »