Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ulduz falı: Evlilik tarixinin önəmi varmı, yaxud hansı bürc altında ailə qurmalı...
Ulduz falı: Evlilik tarixinin önəmi varmı, yaxud hansı bürc altında ailə qurmalı...
Bürclərlə maraqlananlar, bürclərə inananlar hər zaman həyatlarına partnyor seçərkən bu uyğunluğu düşünür. Qarşısındakı insanı bürcünə görə, tanımağa çalışır. Sadə bir tanışlıqdan sonra belə, telefonu açıb, həmin şəxsin bürcü ilə bağlı yazıalr axtaranlar, bürc uyğunluğunu öyrənənlər var.

Bəs evliliklərin də bürcü olduğunu bilirdinizmi? Bu nə deməkdir? Yəni ailə həyatı quracağınız tarix hansı bürcə düşürsə, evliliyiniz də o bürcə uyğun formalaşır. İnanmırsınız? O zaman evlilər bu yazını oxusun. Evliliyə hazırlaşanlar isə, evli dostları ilə bu mövzuda məsləhətləşsin.

Qoç bürcündə, yəni  21 mart -20 aprel tarixlərində evlənməyi düşünürsünüzsə, bu evlilikdə konkret və açıq fikrili olmaq lazımdır. Çünki davranışlar və ani reaksiyalar sərt və incidici ola bilər. Tərəflər tez-tez heç düşünmədən bir-birinə qarşı aqressiv münasibətlər sərgiləyə bilərlər. Bu evlilikdə sevgi və romantizm yaşanacaq.

Buğa bürcü altında, yəni 21 aprel-20 may tarixində baş tutan evliliklərdə sevgi və uyğunluq önəmli bir yer tutur. Önəmli qərarlar uzun müddət ləngidilər, bu isə bir-birinə qarşı diqqətli olmaqdan irəli gəlir. Qərar vermək çətin olsa da, qərar verildikdən sonra vaz keçmək yoxdur.

Əkizlər bürcü, yəni 21 may-20 iyun tarixində qurulan evliliklər sürprizlərlə dolu olur.

Həll olunmayacağını düşündüyünüz hər problem həllini tapır. Çok kiçik mübahisələrin necə böyüdüyünü başa düşməyə bilərsiniz. Hisslərin dəyişməsi çox sürətlidir. Diqqətli olmaq lazımdır.

Xərçəng bürcü altında, yəni 21 iyun-22 iyul tarixlərində qurulan evliliklər həyacanlı və ehtiraslı olmur. Bu bürc altında olan evliliklərdə ailə qavramı daha önəmli olur. Tərəflər bir-birinə qarşı şəfqətli olsalar da, tez qırılırlar.

Şir bürcü altında, yəni 23 iyul-23 avqust tarixləri arasında baş tutan evlilikıərdə boş oturmaq, evdə nəsə iş görmək mümkün deyil.Mübahisələrin çox olduğu, tərəflərin öncə özlərini düşünməsi müşahidə edilsə də, sədqaət və sevgidən əsla vaz keçmirlər. Bu tarixlərdə qurulan evliliklər uzunömürlü olur.

Qız bürcü altında, yəni 24 avqust-23 sentyabr tarixlərində qurulan evliliklərdə hər şey ilk günlərdən bəlli olur. Tərəflər duyğusal olsa da, düşüncələrini dərhal reallaşdırmağı düşünmürlər. Belə evliliklərdə inam önəmli yer tutur. Səbrlə sevgi yaşayıb, uzunmüddətli bir evlilik yaşayarlar.

Tərəzi bürcü altında, yəni 24 sentyabr-23 oktyabr aralığında qurulan evlilikərdə tərəflər bir-birinə sahiblənməyi bacarar, bir-birini dəstəkləyərlər. Anlayışlı və ədalətli bir evlilikdir. Evdə yüksək səsli davalar olmaz. Evin içi də lüks və modern bir şəkildə dizayn edilər.

Əqrəb bürcü altında, yəni 24 oktyabr-23 noyabr tarixlərində qurulan evliliklərdə ehtiras ön plandadır. Münaibət ikitərəfli diqqət, sevgi dolu və bir-birini hər mövzuda dəstəkləyən bir şəkildə inkişaf edir. Bu ailələrdə qısqanclıq əskik olmaz. Və onlar evliliklərini qorumaq üçün əllərindən gələni edərlər.

Oxatan bürcü altında, yəni 23 noyabr-21 dekabr tarixlərində baş tutan evlilikərdə tərəflər özlərini sevgiyə həsr edərlər. Bir-birinə olan hisslərini də açıq şəkildə deməyi bacarırlar. Ancaq bir-birinə aid olduqlarını hiss etdikdən sonra tərəflər geri çəkilə bilər. Birlikdə görünməkdən, gəzməkdən zövq alırlar.

Oğlaq bürcü altında, yəni 22 dekabr-20 yanvar tarixdlərində qurulan ailələr məhrəmiyyətə önəm verirlər. Güvən ən önəmli amildir. Bir-birini əmin olduqları hər mövzuda dəstəkləyərlər. Bu evliliklər ölənə qədər davam edər.

Dolça bürcü altında, yəni 21 yanvar-19 fevral tarixlərində qurulan ailələrdə tərəflər gərəksiz səmimiyəti sevməzlər. Daha çox ağıla üstünlük verərlər. Tərəflər kütlə arasında belə xarici görkəmləri ilə diqqət çəkməyi bacarırlar.

Balıq bürcü altında, yəni 20 fevral-20 Mart tarixlərində quurlan ailələrdə tərəflərin gözü heç bir şey görmədiyi üçün böyük səhvlərə yol verə bilərlər. Ancaq sədaqətli olmaq evliliyin ömrünü uzada bilər.

***

Əslində ailə həyatı quran zaman heç kim ayrılmaq, boşanmaq arzulamır. Hamı bu evliliyin uzunömürlü olmasını düşünür. Amma bir müddət keçir və hər şey dəyişir. Bəzən canından çox sevdiyin insanı belə sevmədiyinin fərqinə varırsan. Bu zaman nə bürc, nə ay, nə il fərq etmir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »