Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə ilə Ermənistan arasında ilk danışıq baş tutub
Türkiyə ilə Ermənistan arasında ilk danışıq baş tutub

Türkiyənin Ermənistandakı xüsusi nümayəndəsi Serdar Kılıç və Ermənistanın xüsusi nümayəndəsi Rubin Rubinyan Rusiyanın paytaxtı Moskvada görüşərək iki ölkə arasında münasibətlərin normallaşması məsələsini müzakirə ediblər.

Bizimyol.info xəbər verir ki, diplomatik mənbələrdən əldə edilən məlumata görə, ikitərəfli görüş saat yarım davam edib.

Xarici İşlər Nazirliyindən görüşlə bağlı yazılı açıqlama verilib.

“Müsbət və konstruktiv atmosferdə keçən ilk görüşdə xüsusi nümayəndələr Türkiyə və Ermənistan arasında dialoq yolu ilə həyata keçiriləcək normallaşma prosesi ilə bağlı ilkin fikir mübadiləsi aparıblar. Tərəflər ilkin şərt olmadan tam normallaşma məqsədi ilə danışıqları davam etdirməyə razılaşıblar.

Xüsusi nümayəndələr arasında ikinci görüşün yeri və tarixi daha sonra diplomatik kanallar vasitəsilə müəyyən ediləcək", - deyə bəyanatda bildirilir.

Qeyd edək ki, Xarici işlər naziri Mövlud Çavuşoğlu 2021-ci il dekabrın 13-də Türkiyə Böyük Millət Məclisindəki çıxışında Türkiyə-Ermənistan münasibətlərində yeni dövrün başladığına işarə etmişdi.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »