Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan Ermənistanla normallaşma prosesindən danışıb
Ərdoğan Ermənistanla normallaşma prosesindən danışıb

Prezident Rəcəb Tayyib Ərdoğan Ankarada Avropa İttifaqı səfirlərinin toplantısında çıxış edib.

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, R.T.Ərdoğan Ermənistanla normallaşma prosesindən də danışıb.

Ərdoğan Türkiyə - Aİ münasibətləri və Kipr məsələsi ilə bağlı mühüm mesajlar verib.

"Biz yarım əsrdir ki, Aİ-yə üzvlük üçün çalışırıq. Biz üzvlük prosesimizin bütün aspektləri ilə ətraflı tanış olmuşuq. Bu müddət ərzində saysız-hesabsız liderlərlə görüşüb söhbət etdim. Biz tam üzvlük addımlarının necə əngəlləndiyini və ölkəmizin ikili standarta necə məruz qaldığını yaşadıq. Coğrafi, tarixi və insani baxımdan Avropa qitəsinin bir parçası olan Türkiyə, təbii ki, Aİ-yə tamhüquqlu üzvlük məqsədinə sadiqdir. Aİ bizim strateji prioritetimiz olaraq qalır", - deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti: "Türkiyənin Kiprlə bağlı mövqeyi də aydındır. Danışıqlar proseslərinin niyə uğurlu alınmadığını hamınız bilirsiniz. Yunanlar özlərini adanın yeganə sahibi kimi görən zehniyyətdən qurtula bilmədilər. Təəssüflər olsun ki, Aİ yunan tərəfinin sözçüsü kimi kor-koranə fəaliyyət göstərsə də, Kipr türklərinin hüquq və qanunlarına məhəl qoymadı", - deyə qeyd edib.

"Azərbaycanın işğaldan azad edilməsi ilə biz Qafqazda yeni dövrə qədəm qoyduq. Biz Ermənistanla normallaşma prosesinə başladıq. Atılan addımların nəticə verməsi üçün Ermənistanın fürsətdən istifadə edib Azərbaycanla müsbət əlaqələr qurması vacibdir" - deyə R.T.Ərdoğan bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »