“COVID-19-un yeni vairantları sürətlə yayılır ,bu bəladan qurtulmağın yolu tam mərhələdə peyvənd olunmaqdır”.
APA-nın xəbərinə görə, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca yeni növ koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində yaradılan Elmi Şuranın növbəti iclasdan sonrakı açıqlamasında bildirib.
Nazir deyib ki, İstanbulda koronavirusun yeni (B.1.621) “Mü” ştammına yoluxan 2 xəstə var. F.Koca onların koronavirusa qarşı peyvənd olunmadıqlarını, hazırda nəzarətdə alındıqlarını və səhhətinin normal olduğunu deyib: “Mü” ştammında xəstələrin daha ağır vəziyyətdə olduğunu bilirik, amma bizim iki xəstəmizdə hazırda belə ağırlaşdırıcı hal yoxdur”.
Nazir hazlrda COVID-19-un "Delta" ştammına Türkiyədə 90 faiz rast gəlindiyini də vurğulayıb.






