Yuxular bizə şüuraltının göndərdiyi fərqli mesajlardır. Baxmayaraq ki, hər kəs yuxu yozmağı bacarmır, amma yuxular vasitəsilə bizə minlərlə mesaj ötürülür.
Gün ərzində yaşadığımız narahatlıqlar, stres və s. hisslərimiz yuxularımızda öz əksini tapır. Bəzən yuxudan qorxaraq ayılarıq. Bəzən yıxıldığımızı görürük. Bəzən bizi hansısa canlının qovduğunu görürük. Bəzən isə müxtəlif heyvanlar yuxularımızın qonağı olur.
Bu gün yuxuda it görənlər üçün maraqlı mesajımız var. Yuxuda it görmək sədaqətə və düşmənliyə yozulur. Dişi it nəsli çox və ərini qoruyan bir qadına, küçük sevimli bir uşağa işarədir. Yuxuda itin sizi qovaladığını görürsünüzsə, diqqətli olmalısınız. Yuxuda itin hücum etməsi işlərinizdə sıxıntıya işarədir. Ümumiyyətlə, yuxuda it görməyin müxtəlif mənaları var.
Yuxuda evdə it görmək zalım bir düşməninizin olduğuna işarədir.
İt hürürsə, bu dedi-qodu edən düşmən deməkdir.
Yuxuda itlə bərabər hürdüyünü görmək arzu və istəklərə çatmağa işarədir.
Küçədə sürü ilə hürən it görürsünüzsə, bu sizin çox sayda düşməniniz olduğuna işarədir. Diqqətli olmalısınız.
Yuxuda it üstünüzə cumub hürürsə, əleyhinizə danışan insanın varlığından xəbər verir.
Yuxuda böyük it görmək narahatlığa işarədir.
Yuxuda itin qarşısına sümük atmaq: Yaxşılıq edib, əvəzində pislik görəcəksiniz.
Yuxuda su içən it görürsünüzsə, həyatınızı əyləncə və boş yerə keçirəcəyinizə, malınızı yavaş-yavaş toplamağınıza və bunu xeyirli işlərə xərcləyəcəyinizə işarədir.
Yuxuda çoban iti görmək və ona sahib olmaq yuxu sahibinin mənfəət əldə edəcəyinizə işarədir.
Yuxuda çoban iti saxlamaq düşmənlərin yuxu sahibindən qorxduğuna işarədir.
Yuxuda itə yemək verən şəxsin ruzisi bol olar.
Yuxuda it ulamasını eşitmək vicdansız bir adamdan xoşagəlməz bir söz eşidəcəyinizə işarədir.
Yuxuda itin qapdığını görmək, qapılan orqanla əlaqəli hansısa problemin yaşanacağına işarədir. Məsələn, yuxuda bir it əlinizi qapsa, iş yoldaşlarınızın sizin gördüyünüz işə hörmətsizliyini görəcəksiniz. Onlar sizin aldığınız qərarlara xainlik edəcək.
Eyni zamanda yuxuda əlini itin qapması canınızın sıxılacağına, qanınızı qaraldacaq hadisələrin olacağına işarədir.
Yuxuda it əti yediyini görmək düşmən üzərində qələbəyə işarədir. Düşməninizin malı sizin əlinizə keçə bilər.
Yuxuda it südü içmək qorxu və həyəcana işarədir. Yuxuda it südü içmək qəddar bir düşməninizin olduğuna işarədir.
Yuxuda bir itlə danışdığınızı görmək gizlənməyə işarədir.
Yuxuda xəstə it görmək düşməninizin zəif və gücsüz olduğuna işarədir. Və yaxud sizinlə düşmən olan birinin xəstələnəcəyindən xəbər verir.
İlahin, Bizimyol.info






