Türkiyənin bir çox ərazilərində meşə yanğınları ilə mübarizə davam edən vaxtda, bir çox məşhur şəxslər söndürmə işlərinə şəxsən töhfə verirlər.
Bizimyol.info xəbər verir ki, aktyor Alperen Duymaz da Fethiye'deki yanğın söndürmə işlərinə qatılıb.
Hadisə yerində olan və yanğın söndürmə işlərində fəal iştirak edən müğənni sosial media hesabında canlı yayım açıb. 28 yaşlı gənc aktyor izləyiciləri tərəfindən müsbət reaksiyalar alıb.
Qeyd edək ki, Alperen Duymaz, məşhur “Çukur” serialında "Emrah Komissarı" obrazı ilə məşhurlaşıb və son olaraq “Son Yaz” serialında rol alıb.
Leyla






