Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə yanğınla bağlı təcili qərarlar aldı
Türkiyə yanğınla bağlı təcili qərarlar aldı

Türkiyədə bir-birinin ardınca başlayan meşə yanğınlarından sonra, sosial şəbəkə istifadiçiləri paylaşımlar edərək, təhlükəsizlik səbəbi ilə ölkə ərazisindəki meşələrə girişin bağlanmasını tələb edirdilər.

Bizimyol.info xəbər verir ki, nəhayət bu gün dövlət orqanları tərəfindən bir neçə yeni qərar qəbul edilib.

Yeni qərara əsasən, bir çox nadir bitki növlərinin olduğu Milli Park təhlükəsizlik səbəbi ilə 07.08.2021 tarixinə qədər bağlanılıb.

Bundan əlavə olaraq xüsusi mülkiyyətdəki ümumi torpaqlar da daxil olmaqla, bütün meşə sahələrindən 1 kilometr aralıda manqal, samovar və ya ocaq qalanması, toy və nişan kimi təşkilatlarda atəşfəşanlıq, arzu balonları kimi yanıcı materialların istifadəsi qadağan edilib.

Leyla

Son xəbərlər
Bütün xəbərlər »