İki gündə Adanada 20, Antaliyada 10, Mersində 7, Muğla və Osmaniyədə 4, Kilis və Kastamonuda 2 yanğın baş verib. Yanğınlar Kayseri, Manisa, Kütahya, Balıkesir, Kahramanmaraş, Kocaeli, Kastamonu, Sakarya, İstanbul, Hatay, İzmir, Diyarbakır, Karamanda da meydana gəlib.
Bizimyol.info xəbər verir ki, Kənd Təsərrüfatı və Meşə Nazirliyi tərəfindən verilən məlumata görə;
20 yanğından 6 -sı Adanada, Antalyada 10 yanğından 4 –ü, Mersində 7 yanğından 4 –ü, Muğla'da 4 yanğından 3 –ü,Osmaniyədə 4 yanğından 2 –si, Kayserinin isə Yahyalı bölgəsində yanğın davam edir. Digər yerlərdəki yanğınlar nəzarət altına alınıb.
Nazir Bəkir Pakdemirli açıqlaması zamanı bildirib ki, bu savaşda meşə qəhrəmanlarımız, ictimai qurumlarımız və bütün xalqımız, gələcəyimiz üçün bütün gücümüzlə və səylə mübarizə aparırıq.
“Türkiyənin bütün duaları bizimlədir. Oddayıq. Biz onu söndürəcəyik ",- deyə bildirib.
Leyla Mirzə






