Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: "Bütün imkanlar meşə yanğınlarının aradan qaldırılmasına səfərbər edilib"
Ərdoğan: "Bütün imkanlar meşə yanğınlarının aradan qaldırılmasına səfərbər edilib"

Türkiyə hakimiyyəti bütün qüvvələrini ölkədəki meşə yanğınlarının aradan qaldırılmasına səfərbər edib.

“Report” xəbər verir ki, bu barədə ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Türkiyə hakimiyyəti bütün imkanlarını meşə yanğınlarının qarşısının alınmasına və söndürülməsinə səfərbər edib", - prezident qeyd edib.

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın isə meşə yanğınlarını milli fəlakət adlandırıb. O, qeyd edib ki, ölkənin bütün qurumları əlaqəli şəkildə yanğınla böyük bir mübarizə aparır. Prokurorluq orqanları yanğınların səbəblərini hərtərəfli araşdırır.

Son xəbərlər
Bütün xəbərlər »