Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə saxta sənədlə 80-dən çox adam təqaüdə çıxdı
Türkiyədə saxta sənədlə 80-dən çox adam təqaüdə çıxdı

Türkiyədə 80-dən çox adamın saxta sənədlərlə təqaüdə çıxdığı məlum olub.

Bizimyol.info xəbər verir ki, 10 il Tunceli Sosial Təminat Təşkilatında (SGK) işləyən Umut D.-nın saxtakarlıları üzə çıxıb. Belə ki, o illər sonra vicdan əzabı çəkərək, bu barədə özü polisə məlumat verib.

İfadəsi zamanı tutduğu işdən peşman olduğunu, saxta təqaüdçülük prosesinə təxminən üç il əvvəl rüşvət alaraq başladığını etiraf edib.

Hər bir saxta sənədin hazırlanmasında ən az 2-3 min avro rüşvət alan Umut, ictimai qurum və təşkilatlara ziyan vurmaq, rəsmi sənədləri saxtalaşdırmaq və rüşvət almaq iddiaları ilə həbs olunub.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »