Qurban bayramı öncəsi Türkiyədə maraqlı hadisə baş verib.
Bizimyol.info xəbər verir ki, İstanbul Küçükçekmece adlanan ərazisinsə qurbanlıq dana sahibinin əlindən qaçaraq yanacaqdoldurma məntəqəsində yerləşən mağazaya girib. Hadisə dünən axşam saat 19:00 radələrində baş verib.
Sahibinin əlindən qaçan qurbanlıq dananın marketə girdiyini görən mağaza işçiləri və alıcılar təşvişə düşərək, qaçmağa başlayıblar. Sonda qurban sahibi özü ilə gətirdiyi parça ilə heyvanın gözünü bağlayıb və onu sakitləşdirə bilib. Qurbanlıq heyvan bazardan araba vasitəsilə çıxarılaraq, kəsim məntəqəsinə aparılıb.
Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmasayıb.
Bizimyol.info təhlükəsizlik kameralarına əks olunan həmin görüntüləri təqdim edir:
Leyla Mirzə






