Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Günün ulduz falı: 6 yanvar, 2021
Günün ulduz falı: 6 yanvar, 2021

Bizimyol.info 2021-ci il 6 yanvar günü üçün ulduz falını təqdim edir:

Qoç - Bu gün ulduzlar Qoçlara başqalarının davranışı və sözləri qarşısında sakit olmağı tövsiyə edir. Münasibətləri audınlaşdırmaqdan və rəqabətə girməkdən imtina etmək daha yaxşıdır: Münaqişə taktikası köhnəlir, hər vəziyyətdə dinc yol axtarmağa dəyər. Qaçılmaz mübahisələrdə daha çox dostluq və diplomatiya göstərmək, daha az qəzəblənmək lazımdır.

Uzunmüddətli əməkdaşlığa başlamaq üçün tələsməyin.

Qoç bürcü Qoç bürcü

Buğa - Bu gün Buğa bürcü bir neçə dəfə kiçik məsələlərdə mübahisəli duruma düşə bilərlər. Günün kiçik fikir ayrılıqlarına köhnədən qalmış yarımçıq (hansısa sənəd, başa çatmamış müalicə) səbəb ola bilər.

Bu gün yeni vəzifələr götürməməli, işgüzar səfərlərə getməməli, danışıqlar və görüşlər keçirməməli, işə düzəlməməli, işgüzar əlaqələri inkişaf etdirməməli, tibbi və kosmetik prosedurlarda yeniliyə əl atmamalısınız.

Əkizlər - Çətinliklərin öhdəsindən gələ biləcəyinə əmin olmalı və kiçik problemlər - xüsusən bürokratik maneələr qarşısında özlərini ititrməməlidirlər.

Ulduzlar xırda maneələrin əhəmiyyətsiz olacağını xəbər verir. Qaydalara riayət etsəniz və lazımsız addımlardan çəkinsəniz, daha rahat bir gün olacaq.

Ünsiyyətdə diplomatik yanaşmanı məcburi prinsiplərlə birləşdirməlisiniz.

Xərçəng bürcü Xərçəng bürcü

Xərçəng - Bu gün Xərçənglər köhnə mübahisələrdən çəkinməlidir. Evdəkilər və ya həmkarlarınız belə mübahisələrə qarışa bilər. Yaxşı olar ki, keçmişdə pozulmuş münasibətləri özünüz yoluna qoyasınız.

Ulduzlar münaqişəli ünsiyyət formasının arzuolunmaz nəticələr doğura biləcəyini xəbəb verirlər. Həmçinin alış-veriş və ailəvi səyahətlər üçün əlverişli gün deyil.

Şir - Bu gün Şirlər bütün münasibətlərdən yalnız romantik təəssüratları əldə etmək istəyir. Amma həyat bəzən sizin arzularınızla hesablaşmır.

Bürcün bir çox nümayəndələri darıxdırıcı bir gün yaşayacaq. Xoşagəlməz detallara qarşı diqqətli olmalıdırlar.

Günün bir hissəsi görüşlərdə, sənədləşmə işlərində, həmkarlarla söhbətlərdə və bəzi hallarda telefon danışıqlarında keçəcək. Ofisdə, həmçinin yaşayış yerində qonşularla fikir ayrılıqlarını sakitliklə yola vermək lazımdır.

Qız bürcü Qız bürcü

Qız - Bu gün ulduzlar Qızlara pul hesablaşmalarında daha diqqətli olmalarını və xərcləri minimuma endirmələrini tövsiyə edir. Yeni maliyyə planlarının müzakirəsini, tərəfdaş, alıcı və zamin axtarışını, sıfırdan müqavilə bağlamağı, tarif planını dəyişdirməyi təxirə salmaq məsləhətdir. Satınalmalar və investisiyalar tövsiyə edilmir.

Çox da baha olmayan lazımsız şeyləri satanlar endirimlə versələr, yaxşı olar. Ev üçün kiçik təsadüfi, amma xoş alış-veriş etməyiniz mümkündür.

Tərəzi - Bu gün Tərəzilər üçün yeni tanışlıqlar və ünsiyyət üçün uğurlu deyil. Həmçinin gəzintiləri və vacib işləri də təxirə salmaq daha yaxşıdır.

Təbii ki, bütün görüşlərdən yayınmaq olmaz. Bəzi qaçılmaz prosedurlara hazır olmaq vacibdir (məsələn, rəhbərlik, qohumlarla son xoşagəlməz söhbət). İradları sakit qəbul etmək və mülayim davranmaq ətrafınızdakı atmosferi yumşalda bilər.

Əqrəb bürcü Əqrəb bürcü

Əqrəb - Gecə yarısına qədər diqqətli olmalıdırlar. Sadə məsələlər belə təhlükəsizlik tədbirləri tələb edir. Təhlükəli ola biləcək yerlərdə olmaq arzuolunmazdır.

Birgə fəaliyyət planlarını təxirə salın. Tanımadığınız adamlara kömək etməyin. Səyahətə çıxmasanız, yaxşı olar.

Münaqişələr zamanı diplomatik jestlər effekt verməyəcək. Son sözü demək üçün uyğun gün deyil.

Oxatan - Bu gün Oxatanlara cazibədarlıq kömək edəcək, amma bu xüsusiyyətləri də onları bəzi problemlərdən qurtara bilməyəcək. Xüsusən də söhbət keçmiş münasibətlərdən və puldan gedirsə...

Ulduzlar ətrafınızda cərəyan edən xoşagəlməz söhbətləri sakit qarşılamağı məsləhət görür. Hələ şübhə altındasınızsa və sizə qarşı şikayətlər varsa, müzakirələrə girməyin, mövzunu bağlamaq üçün tədbirlər görmək daha yaxşıdır. Xüsusən də borcunuz varsa, ödəmək lazımdır.

Oğlaq bürcü Oğlaq bürcü

Oğlaq - Günün ahəngdar tərəfləri ən çox Oğlaqların bəxtinə düşəcək.

Amma stress altında olanlar günün yaratdığı imkanları əldən verə bilər. Keçmişdə həll olunmamış problemlər həyatınıza girə bilər. Gərgin söhbətləri başqa vaxta saxlayın. Görüşlərdə və müsahibələrdə daha çox səmimiyyətə ehtiyacınız var.

Mehribanlıq göstərməklə böyük uğurların bünövrəsini qoya biləcəyiniz bir gündür. Fürsəti qiymətləndirin.

Dolça - Bu gün Dolça bürcünə yalnız xoş anlar deyil, həm də kədərli xəbərlər və xoşagəlməz situasiyalar gətirə bilər. Xaricdən və ya səlahiyyətli şəxslərdən neqativ xəbərlər gələ bilər. Amma təmkinli reaksiyanız maneələri aşmaqda sizə kömək edəcək.

Səyahət, təmaslar və vacib məsələlər (sənədləşmə prosedurları da daxil olmaqla) başqa vaxta keçirilməlidir.

Dolça bürcü Dolça bürcü

Balıq - Ulduzlar bu gün Balıqlara lazımsız risk etməməyi tövsiyə edirlər. Danışıqlar aparmaq, sənədlər tərtib etmək, müqavilələr bağlamaq, ərizələr təqdim etmək, rəsmi qurumları ziyarət etmək tövsiyə edilmir. Yeni öhdəliklər götürməyin.

Problemlər köhnə münaqişələr üzündən də yarana bilər. Amma kiçik məsələlər şirin dillə də yoluna qoyula bilər.

Son xəbərlər
Bütün xəbərlər »