Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Günün ulduz falı - 28 dekabr, 2020
Günün ulduz falı - 28 dekabr, 2020

Bizimyol.info 28 dekabr, 2020-ci il tarixi üçün ulduz falını təqdim edir:

Qoç - Bu gün hər zamankından daha çox çalışmağınız tələb oluna bilər. Zehni problemlərlə qarşılaşmaq istəmirsinizsə, hadisələri həddən artıq araşdırmayın.

Ayaqlarınızla əlaqədar problemlər var. Səhhətinizlə bağlı narahatlıqlarınız ortaya çıxa bilər. Əhvalınızı yaxşılaşdıran adamların əhatəsində olmağa çalışıbn.

Buğa bürcü Buğa bürcü

Buğa - Həyat səviyyənizi artırmaq üçün görəcəyiniz iş sizə müsbət təsir edəcək və özünüzü rahat hiss edəcəksiniz. Ortaq fəaliyyət və alış-veriş üçün uğurlu gündür.

Amma tənqidlərə açıq deyilsiniz. Başqalarının iradları sizi özünüzdən çıxarır. Səbrli olmaqda fayda var.

Əkizlər - Biznes layihələri və əməkdaşlıq mühiti əhəmiyyət qazanacaq. Yanaşmanız başqalarında əks reaksiyalar doğura  bilər, ancaq onları hər şeydə inandıra biləcəksiniz.

Münasibətlərinizdə öz gücünüzdən xəbərdarsınız və insanlarla necə davranacağınızı bilirsiniz. Ənənəvi vərdişlərinizə güvənin. Böyük yeniliklər üçün uğurlu gün deyil.

Xərçəng bürcü Xərçəng bürcü

Xərçəng - Hadisələrə qarşı diqqətli və fərqli bir münasibətiniz var. Azad təbiətinizin daha çox ortaya çıxacağı bir gündür. Dostlarınızın arasında özünüzü yaxşı hiss etməyiniz onlarla daha tez-tez görüşməyinizə səbəb olur. Yeni və xoş tanışlıqlar mümkündür.

Şir - Düşündüyünüz planları ətrafınızdakı insanlarla bölüşməkdən zövq alacağınız bir gündür. Ünsiyyətdə çox uğurlu bir qrafik qurursunuz. Sizin maraqlarınız çox və geniş bir spektri əhatə edir. Seçimlərinizi düzgün etməlisiniz. Yaxınlarınızdan xoş xəbərlər ala bilərsiniz.

Qız - Maddi mövzularda maraqlı araşdırmalar aparacaq, sərbəstliyinizi sübut edəcək və fərqli insanların fikirlərinə əsaslanaraq qazancınızı müəyyənləşdirən işlər görəcəksiniz. Münasibətlərinizdə gələcəyə yönələn qərarlar verə bilərsiniz. Verəcəyiniz qərarlar uzun müddət üçün həyatınızı dəyişdirə bilər.

Tərəzi bürcü Tərəzi bürcü

Tərəzi - Hisslərinizin gərginləşdiyi bir gün olacaq. Yaradıcılıq instinktləriniz güclənəcək. Ənənəvi həyat tərzi sizi razı salmayacaq. Bu gün dostlarınızla güclü münasibətlər quracaqsınız. Çox çalışmalı olduğunuz bir gündür. Enerjinizi dağıtmadan görəcəyiniz işlərə köklənin.

Əqrəb - Xəyalpərəst təbiətinizə xələl gətirmədən uğurunuzu artırmağın asan olmadığını başa düşürsünüz. Şüurunuzun altınızda yığdığınız bir çox düşüncəni dağıtmağa çalışmalısınız. Beyninizi əhəmiyyətsiz detallarla yormayın və mümkün olmayan arzuları buraxın. Dostlarınızdan əhəmiyyətli dəstək alacaqsınız. Maraqlı təklif gözlənilir - şansınızı qaçırmayın.

Oxatan bürcü Oxatan bürcü

Oxatan - Bu gün sosial çevrənizdə sizə təsir edəcək insanlarla birlikdə olacaqsınız və birlikdə çalışacaqsınız. Hədəflərinizə uyğun insanlarla qarşılaşdığınız zaman özünüzü çox xoşbəxt hiss edəcəksiniz. Dərin düşüncələriniz var. Sizi başa düşən adamlarla ünsiyyətdə olacaqsınız və əhvalınız yüksək olacaq.

Oğlaq - Ailənizin ehtiyaclarını ödəmək üçün özünüzdə güc hiss edəcəksiniz. Məntiqi düşüncələrdən çıxış edərək yeni yol xəritəsi quracaqsınız. İntuitiv hissiyatınız çox güclüdür. Emosional münasibətlərinizdə hərəkətlilik olacaq.

Dolça bürcü Dolça bürcü

Dolça - Səssiz davranışın arxasında gizli planların və vacib məsələlərin olduğunu ətrafınızdan gizlətməyi sevirsiniz. Amma bəzi sirlərinizi açmağa məcbur olacağınız bir gündür. Dəyişmə mərhələsindəsiniz.

Balıq - Yalnız məntiqinizə güvənirsiniz və düşüncələrinizdən güzəştə getmək istəmirsiniz. Sizinlə eyni cür düşünən insanlarla söhbətlərdən zövq alacaqsınız. Amma sizi sakitcə dinləyib tez-tez "afərin" deyənlərin heç də hamısı sizə qarşı səmimi deyil. Onlara qarşılıqlı etimadın çox vacib olduğunu hiss etdirməlisiniz. Münasibətlərdə səmimiyyətin vacib olduğunu tərəfdaşlarınızın diqqətinə çatdırın.

Son xəbərlər
Bütün xəbərlər »