Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mikro sahibkarlar da əmlak vergisi verəcək

Bu ildən Azərbaycanda mülkiyyətinin dəyəri 1 milyon manatdan artıq olan mikro sahibkarlar əmlak vergisi verəcək.

Bizimyol.info xəbər verir ki, bu, Prezident İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə tətbiqi barədə fərman imzaladığı “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb.

Qanunun 199.14-cü bəndinə əsasən mikro sahibkarlıq subyekti olan şəxslər əmlak vergisindən azaddırlar.

Bu il yanvarın 1-dən qüvvəyə minən dəyişikliyə əsasən, mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1 000 000 manatdan artıq olan şəxslər istisna olacaq və əmlak vergisi verəcəklər.

Son xəbərlər
Bütün xəbərlər »