Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mövsümi meyvələr bazarda od qiymətinə – VİDEO
Bu günlərin mövsümi meyvələri sayılan xurma, nar, qoz və fındıq artıq bazarlarda piştaxtaları bəzəməyə başlayıb.

Xəzər TV-nin məlumat verir ki, ancaq qiymətləri xeyli bahadır. Ona görə də alıcı sarıdan korluq yaşanır.

Bazarda bu meyvələr piştaxtalarda çoxluq təşkil etsə də, alıcı azlığı müşahidə olunur. Satıcıların sözlərinə görə, mövsümi meyvələr bir həftə olar ki bazara çıxarılıb.

Bazara qoz, əsasən, Naxçıvandan gətirilir. Qiyməti isə 5-15 manat arasında dəyişir. Fındığa gəldikdə isə, qiyməti 4-6 manat təşkil edir.

Yeni gətirilən badam 5-10 manata satılır. Piştaxtalara xurma da çıxarılıb. Alıcılar isə qiymətlərin yüksək olmasından narazıdırlar.

Bu meyvələr novbar olduğundan yaxın günlərdə onların qiymətinin düşəcəyi gözlənilir.

Son xəbərlər
Bütün xəbərlər »