ABŞ-ın Müdafiə Nazirliyi İŞİD lideri əl-Bağdadinin öldürülməsi əməliyyatı ilə bağlı mətbuata açıqlama verib.
Bizimyol.info xəbər verir ki, Nazirlik Pentaqonda verdiyi açıqlama zamanı daha öncə Əl-Bağdadini tunelə qədər qovaladığı deyilən yaralı itin səhhətinin yaxşılaşdığını bildirib. Lakin, itin ləqəbinin açıqlanmayacağı vurğulanıb.
ABŞ prezidenti Tramp isə rəsmi twitter hesabında Pentaqonun ləqəbini açıqlamadığı itin fotosunu paylaşıb: "İŞİD lideri Əl-Bağdadinin saxlanılması və öldürülməsində böyük qatqıları olan itin fotosunu üzə çıxarırıq".
We have declassified a picture of the wonderful dog (name not declassified) that did such a GREAT JOB in capturing and killing the Leader of ISIS, Abu Bakr al-Baghdadi! pic.twitter.com/PDMx9nZWvw
— Donald J. Trump (@realDonaldTrump) October 28, 2019
Adelya, Bizimyol.info






